Xəbərlər ::

DÜNYA :: Şanlıurfada 2 türk polisini PKK qetle yetiribmiş

23-07-2015 02:01

Türkiyede fealiyyeti qadağan olunmuş Kürdüstan Fehle Partiyası (PKK) Ceyrlanpınar şeherinde iki polis emekdaşının qetline göre mesuliyyeti öz üzerine götürüb. PKK  polis emekdaşını qetlini Suruçdakı qanlı terror aktı ile elaqelendirib. APA-nın “RİA Novosti”ye istinaden verdiyi xebere göre, bu barede terror teşkilatının saytında bildirilir.   

 

Qeyd edek ki, öten gün Şanlıurfa eyaletinin Ceyrlanpınar şeherinde iki polis emekdaşı öz evinde qetle yetirilibler.

 

“Bu gün Suruçdakı terror aktına göre qisas olaraq İŞİD desteleri ile elaqesi olan iki polis qetle yetirilib. Polislerin silahı ve senedleri biz terefinden götürülüb”, deye teşkilatın melumatında bildirilir.  

 

 Qeyd edek ki Şanlıurfa vilayetinin Suruç rayonunda töredilmiş terror aktı neticesinde 32 nefer ölüb, azı 100 nefer yaralanıb.

 

 Hadisenin İŞİD  qruplaşmasının silahlısı - kamikadze terefinden töredildiyi ehtimal olunur.


Oxunub 272 defe