Xəbərlər ::

DÜNYA :: Qardabani elektrik enerjisinden korluq çekmeyecek

23-07-2015 03:20

Iyulun 22-de Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istilik elektrik stansiyasının (İES) açılış merasiminde iştirak edib. APA-nın Gürcüstan bürosunun melumatına göre, stansiya Terefdaşlıq Fondu ve Gürcüstanın Neft ve Qaz Korporasiyasının maliyyesi ile tikilib. Açılışda  Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze, Türkiyenin energetika ve tebii ehtiyatlar naziri Taner Yıldız ve diger resmi şexsler iştirak edib.

 

Yeni tikilinin açılışında çıxış eden baş nazir Türkiyenin energetika ve tebii ehtiyatlar naziri Taner Yıldıza teşekkür ederek bildirib ki, 237 meqavat gücünde olan stansiya ilde 1,6 milyard kilovat saat elektrik enerjisi istehsal edecek: “Bu, stansiya ölkemizin enerji tehlukesizliyinin ve iqtisadi musteqilliyinin zemanetidir. Ölkenin enerji sisteminde problem yarandığı halda stansiya ölkemizi qısa bir zamanda  davamlı elektrik enerjisi ile temin edecek”.

 

“Yeni tikili ölkemizde en yeni texnologiyalar ve yeni turbinlerle tehciz olunmuş istilik stansiyasıdır. Bu stansiyanın tikintisi keçen ilin yanvar ayında başlayıb ve müqavile ile nezerde tutulan müddetden üç ay evvel sona çatıb. Bundan başqa, stansiyanın gücü de müqavilede nezerde tutulandan çoxdur. Layihenin uğurla heyata keçirilmesi üçün Terefdaşlıq Fonduna, onun rehberi İrakli Kovzanidzeye, Neft ve Qaz Korporasiyasına, stansiyanı inşa eden türk şirketi “Çalık Enerji”ye teşekkürümü bildirirem”, deye baş nazir İrakli Qaribaşvili bildirib.

 

Açılışda çıxış eden Türkiyenin energetika ve tebii ehtiyatlar naziri Taner Yıldız layiheni desteklediyi üçün baş nazire teşekkür edib.   


Oxunub 334 defe