Новости ::

DÜNYA :: Ferqüsonda yeni qaraderili polis reisi teyin edildi

23-07-2015 07:04

 Polis emekdaşları qaraderili yeniyetmeni qetle yetirdikden sonra kütlevi iğtişaşların baş verdiyi ABŞ-ın Ferqüson şeherinde qaraderili şexs polis reisi teyin edilib.  APA-nın “Time” neşrine istinaden verdiyi xebere göre, yeni polis reisi Andre Anderson metbuat konfransında onun esas vezifesinin sakinler ve polis arasında etimadın yaradılması olacağını bildirib.  

 

Qeyd edek ki, ABŞ Edliyye Nazirliyi şeher polisinin fealiyyetinde irqi diskriminasiyaya yol verildiyi faktların olduğunu tesdiqleyen hesabatı derc etdikden sonra evvelki polis reisi Tom Cekson istefa verib.

 

Xatırladaq ki, 2014-cü ilin avqustun 4-de polis emekdaşı Darren Uilson 18 yaşlı qaraderili Maykl Braunu xidmeti silahından qetle yetirib. Mehkemenin polisin emeline beraet qazandırması ABŞ-ın bir neçe şeherinde kütlevi iğtişaşlara sebeb olub.  


Просмотров 255 раз