Xəbərlər ::

SİYASƏT :: Ağdamın işğalından 22 il keçir

23-07-2015 10:08

 

Ağdam uğrunda döyüşlerde Azerbaycan 6 minden çox şehid verib

 

Azerbaycanın Ağdam rayonunun Ermenistan Silahlı Qüvveleri terefinden işğalından 22 il ötür.

 

APA-nın melumatına göre, Ağdam rayonu 1993-cü il iyulun 23-de ermeni silahlı birleşmeleri terefinden işğal edilib.

 

İşğal neticesinde Ağdam rayonunun 1154 kvadrat kilometr erazisi Ermenistanın nezaretine keçib. 147 min nefer ehalisi olan Ağdamın yalnız 22,6 faizi Azerbaycanın nezaretindedir. Ermeniler Ağdamın işğal olunmuş erazilerinde tarixi abideleri, qebiristanlıqları, yaşayış obyektlerini, xestexanaları, kitabxanaları, mektebleri, idare ve müessiseleri dağıdıblar. Ağdam uğrunda geden döyüşlerde Azerbaycan terefi 6 minden çox şehid verib. Doğma yurdlarından köçkün düşen rayon ehalisinin ekseriyyeti ölkenin müxtelif bölgelerine sepelenibler. Hazırda Ermenistan "Herbi münaqişeler zamanı medeni servetlerin qorunması haqqında" Haaqa Konvensiyasının ve "Medeni servetlerin qeyri-qanuni dövriyyesi haqqında" Paris Konvensiyasının müddealarını kobudcasına pozaraq Azerbaycanın medeni servetlerini talamaqda davam edir.

 

İşğaldan evvel Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 senaye, 31 tikinti, 753 ticaret, 397 ictimai iaşe, 220 meişet müessisesi, 480 sosial bina, 24 min 446 yaşayış tikilileri, hemçinin 54 mektebeqeder uşaq, 116 ümumtehsil müessisesi, bir neçe ali mekteb filialı, 13 medeniyyet evi, muzeyler, 109 medeniyyet klubu olub. Texmini reqemlere göre, Ağdam rayonunun işğalı neticesinde ölkemize 252 milyon ABŞ dolları deyerinde maddi ziyan deyib.


Oxunub 287 defe