Xəbərlər ::

HADİSƏ :: Cebhede ateşkes 85 defe pozulub

23-07-2015 10:10

Son sutka erzinde ermeni silahlı bölmeleri cebhenin müxtelif istiqametlerinde sutka erzinde ateşkes rejimini ümumilikde 85 defe pozub. Payiz.Az-ın Müdafie Nazirliyinin saytına istinaden verdiyi melumata göre, Ermenistan Respublikası Noyemberyan rayonunun Dovex, Berdavan kendlerinde yerleşen mövqelerden Qazax rayonunun Kemerli, Qaymaqlı kendlerinde, Berd rayonunun Çinari kendinde yerleşen mövqelerden Tovuz rayonunun Ağbulaq kendinde, Krasnoselsk rayonu erazisindeki adsız yüksekliklerde yerleşen mövqelerden Gedebey rayonu erazisindeki adsız yüksekliklerde yerleşen mövqelerimiz ateşe tutulub.
 

Bundan elave Goranboy rayonunun Gülüstan, Terter rayonunun Çilebürt, Qızıloba, Yarımca, Göyarx, Çaylı, Ağdam rayonunun Şıxlar, Şuraabad, Qaraqaşlı, Yusifcanlı, Cevahirli, Merzili, Xocavend rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbeyli, Horadiz, Aşağı Seyidehmedli, Cebrayıl rayonunun Mehdili kendleri yaxınlığında, hemçinin Goranboy, Xocavend, Füzuli ve Cebrayıl rayonlarının erazisindeki adsız yüksekliklerde yerleşen mövqelerden de Silahlı Qüvvelerimizin mövqeleri ateşe tutulub. Düşmen cavab ateşi ile susdurulub.


Oxunub 229 defe