Xəbərlər ::

HADİSƏ :: Elövset Eliyev ve digerlerinin mehkeme istintaqı başa çatıb

23-07-2015 11:30

Bakı Ağır Cinayetler Mehkemesinde Azerbaycan Miqrasiya Merkezinin sedri Elövset Eliyev ve digerlerinin cinayet işi üzre mehkeme prosesi davam etdirilib

 

Payiz.Az-ın melumatına göre, hakim Efqan Hacıyevin sedrliyi ile keçirilen prosesde şahid qisminde Berde rayon Qeydiyyat, şexsiyyet vesiqesi şöbesinin baş inspektoru Nazim Şükürov ,

Murad Muradov, Eziz Ceferov ifade verib.  Mehkemede Emin Şekinskinin ifade verilmesi barede vesatet qaldırılıb.

 

Hakim ise buna ehtiyac olmadığı üçün vesatetin temin olunmadığını açıqlayıb.

 

Prosesde mehkeme istintaqının yekunlaşdığı barede qerar qebul olunub.

 

Çıxış üçün söz dövlet ittihamçısına verilib. Prokuror çıxışa hazır olmadığı üçün mehkemeden vaxt isteyib.

 

Mehkeme prosesi iyulun 29-dek texire salınıb.   

 

İttiham aktına göre, teqsirlendirilen şexsler Penah Dadaşov, Namiq Camalov, Raqub İsbendiyarov, Zeyneb Ceferova, Şefiqe Bağırova, Saçlı Hesenova, Pervin Dadaşov, Revane Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adem İsgenderov ve Ennab İsgenderovadır.

 

Hemin şexsler Gülnare Şekinskayanın, elece de onun övladları - Hemide, Meryem, Nadiya ve Cevahir Şekinskayaların dövlet serhedini qanunsuz keçmelerine yardım edibler ve bu meqsedle cinayet elaqesine giribler. Bu meqsedle G.Şekinskaya keçmiş heyat yoldaşı Emin Şekinskinin evindeki demir seyfden 60 min manat pulu oğurlayıb.

 

Teqsirlendirilen şexsler Cinayet Mecellesinin 177.3.2 (oğurluq), 320.1 (resmi senedleri, dövlet teltiflerini, möhürleri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma ve ya saxta senedlerden istifade etme) ve 318.2-ci (Azerbaycan Respublikasının dövlet serhedini qanunsuz keçme) maddeleri ile ittiham olunurlar.

 

Sözügeden cinayet işi üzre teqsirlendirilen şexsler - Gülnare Şekinskaya, onun qardaşı Ferid Yusub ve Elövset Eliyev istintaqdan gizlendiklerine göre barelerinde axtarış elan olunub.

 

Qeyd edek ki, teqsirlendirilen Elövset Eliyev ise hazırda Almaniyada mühaciretdedir. E.Eliyev  VHP sedri, deputat, xalq şairi Sabir Rüstemxanlının qardaşıdır.


Oxunub 521 defe