Xəbərlər ::

İQTİSADİYYAT :: DSMF-nın gelirleri artıb

23-07-2015 11:32

 

Dövlet Sosial Müdafie Fondunun gelir ve xerclerinin icrası, sığorta-pensiya sisteminde beynelxalq standartların tetbiqi ve emek pensiyaçılarının sosial müdafiesinin güclendirilmesi tedbirleri 2015-ci ilin 6 ayında da uğurla davam etdirilib. Payiz.Az-ın melumatına göre, bu barede jurnalistlere açıqlama veren Dövlet Sosial Müdafie Fondunun sedri Elman Mehdiyev cari ilin yanvar-iyun aylarında Fondun cemi gelirlerinin 1466,5 milyon manat teşkil etmekle, evvelki ilin müvafiq dövrüne nisbeten 3,2 faiz ve ya 44,8 milyon manat artdığını diqqete çatdırıb: “Fondun sosial sığorta gelirleri 8,0 faiz artaraq 870,2 milyon manat teşkil edib. Bu daxilolmaların 65,3 faizi ve ya 568,5 milyon manatı qeyri-büdce sektorunun payına düşüb ki, bu da evvelki ilin birinci yarısına nisbeten 9,5 faiz ve ya 49 milyon manat yuxarıdır.”

 


E. Mehdiyev bildirib ki, “Qeyri-büdce daxilolmalarının bele süretli artımı ölke prezidentinin heyata keçirdiyi genişmiqyaslı islahat tedbirleri neticesinde ölkedeki orta aylıq emekhaqqının artımı, daimi yeni iş yerlerinin yaradılması ve emekhaqlarının leqallaşdırılması derecesinin yükseldilmesinin birbaşa tesirinin göstericisidir. Bu artım tendensiyası, eyni zamanda, dövlet büdcesinden Dövlet Sosial Müdafie Fonduna ayrılan transfertin öten ilin müvafiq dövrü ile müqayisede 18 milyon manat azalmasına sebeb olub”.

 


Cari ilin 6 ayı erzinde DSMF-nin xercleri 1457,7 milyon manat teşkil edib. Bu vesaitin 98,2 faizi ve ya 1431 milyon manatı ehaliye ödenişlere yöneldilib. Fond üzre ümumi daxilolmaların seviyyesi pensiya ve müavinetlerin qrafikden evvel maliyyeleşdirilmesine imkan verib.


Oxunub 316 defe