News ::

SOSİAL :: Çekisi 5 tondan artıq maşınların Bakıda hereketine QADAĞA qoyuldu - RESMİ

23-07-2015 14:19

 

 

Azerbaycan Respublikası Nazirler Kabinetinin Yol Hereketi Tehlükesizliyi Komissiyasının növbeti iclası olub.

 

Payiz.Az-ın AzerTAc-a istinaden melumatına göre, iclasda “Bakı şeherinde neqliyyatın hereketinin tekmilleşdirilmesi üzre elave tedbirler haqqında” qerar qebul edilib. Qerara esasen, Daxili İşler Nazirliyinin Baş Dövlet Yol Polisi İdaresi, Neqliyyat Nazirliyi ve Bakı Şeher İcra Hakimiyyetine tapşırılıb ki, xüsusi teyinatlı, o cümleden qeza-berpa ve xilasedici, hemçinin kend teserrüfatı mehsullarını daşıyan bütün növ neqliyyat vasitelerinin hereketi istisna olmaqla, icaze verilen maksimum kütlesi 5 tondan artıq olan yük avtomobillerinin hereketi Bakı şeherinde mayın 1-den oktyabrın 1-dek seher saat 07:00-dan axşam saat 22:00-dek, oktyabrın 1-den mayın 1-dek seher saat 07:00-dan axşam saat 21:00-dek mehdudlaşdırılsın. Gündüz saatlarında kütlesi 5 tondan artıq olan yük avtomobillerinin hereketi ise Azerbaycan Respublikası Nazirler Kabinetinin Yol Hereketi Tehlükesizliyi Komissiyası ile razılaşdırılmaqla, Daxili İşler Nazirliyinin Baş Dövlet Yol Polisi İdaresinin xüsusi icazeleri esasında teşkil edilsin.

 

Daxili İşler Nazirliyi, Neqliyyat Nazirliyi, İqtisadiyyat ve Senaye Nazirliyi, Maliyye Nazirliyi, Emlak Meseleleri Dövlet Komitesi, Bakı Şeher İcra Hakimiyyeti ve Abşeron Rayon İcra Hakimiyyeti Bakı şeherine respublikanın şeher ve rayonlarından, hemçinin ölke xaricinden gelen ümumi istifadede olan neqliyyat vasiteleri istisna olmaqla, diger növ avtoneqliyyat vasiteleri üçün şeherin cenub ve şimal istiqametlerinden giriş erazilere yaxın yerlerde bütün zeruri şeraiti olan ödenişsiz duracaqların teşkili ile bağlı teklifleri üç gün müddetinde Yol Hereketi Tehlükesizliyi Komissiyasına teqdim etmelidirler. Eyni zamanda, Bakı şeherine gelen taksi avtomobilleri üçün şehere daxil olmadan çatma menteqesi kimi Bakı Beynelxalq Avtovağzalı teyin olunsun.

 

Daxili İşler Nazirliyine duracaqların tikintisini 2015-ci ilin sentyabrın 1-dek başa çatdırmaq, Neqliyyat Nazirliyine ise duracaqlardan istifade eden sürücülerin ve sernişinlerin Bakı şeherinin daxiline çatdırılması üçün avtobus ve taksi dayanacaqlarının ve müvafiq avtobus marşrutlarının teşkilini temin etmek tapşırılıb.

 

Hemçinin qerarda Bakı-Sumqayıt-Bakı marşrutu üzre yeni sernişin qatarlarının bu il sentyabrın 15-dek istismara verilmesi de öz eksini tapıb.

 

Qerarda qeyd olunub ki, Neqliyyat Nazirliyi, Bakı Şeher İcra Hakimiyyeti ve Daxili İşler Nazirliyi paytaxtda şeherdaxili müntezem avtobus marşrutlarının optimallaşdırılması, marşrutlara telebata uyğun sayda avtobusların buraxılması, avtobus dayanacaqlarının herekete manee yaradan yerlerden, xüsusile yol kesişmeleri etrafından köçürülmesi ve mümkün olan yerlerde dayanacaq üçün “cibler”in yaradılması ile bağlı zeruri tedbirler görsünler, şeherdaxili avtobus marşrutlarında hereket cedvellerine ve hereket sxemlerine riayet olunmasına nezareti güclendirsinler, cerimelerin tetbiqini temin etsinler.

 

Eyni zamanda, Daxili İşler Nazirliyi ve Bakı Şeher İcra Hakimiyyeti paytaxtda müntezem sernişin daşımalarını yerine yetiren avtobusların ve operativ neqliyyat vasitelerinin xüsusi zolaqla hereketinin temin edilmesi meqsedi ile müvafiq avtomobil yollarının siyahısını müeyyenleşdirmeli, bu zolaqlarda gösterilen növ neqliyyat vasitelerinin hereketinin teşkili ile bağlı teklifleri 10 gün müddetinde Yol Hereketi Tehlükesizliyi Komissiyasına teqdim etmelidirler.

 

Neqliyyat Nazirliyi İqtisadiyyat ve Senaye Nazirliyi ile birlikde müvafiq şirketlerle danışıqlar aparmaqla, Bakı şeherine getirilen qum, çınqıl, daş, sement ve diger tikinti materiallarının, hemçinin Bakı şeheri etrafındakı karxanalardan aparılan daş, istehsal müessiselerinden sement ve diger tikinti materiallarının demir yolu neqliyyatı ile daşınmasının teşkili ile bağlı tedbirler görmeli ve bu barede ayda bir defe Yol Hereketi Tehlükesizliyi Komissiyasına melumat vermelidir.

 

Tehsil ve Sehiyye nazirlikleri, Azerbaycan Milli Elmler Akademiyası ve diger qurumlar tabeliyindeki heyetyanı erazileri olan sehiyye, ali tehsil, elmi-tedqiqat idare, müessise ve teşkilatlar işçilerinin şexsi avtomobillerinin iş vaxtı erzinde hemin erazilerde parklanmasını sentyabrın 1-den etibaren temin etmelidirler.

 

Neqliyyat Nazirliyine tapşırılıb ki, “Bakı dairevi-1” yoluna Ziya Bünyadov prospektinden birbaşa yolun inşası ile bağlı teklifini 10 gün müddetinde Yol Hereketi Tehlükesizliyi Komissiyasına teqdim etsin.

 

Neqliyyat Nazirliyi, Daxili İşler Nazirliyi ve Bakı Şeher İcra Hakimiyyeti aidiyyeti orqanlarla razılaşdırmaqla, Bakı şeherinin avtomobil yollarında piyadaların tehlükesiz ve serbest keçidinin temin olunması üçün yüngül konstruksiyalı yerüstü piyada keçidlerinin tikintisi zeruri olan yerleri müeyyenleşdirmeli ve hemin keçidlerin inşası üzre layiheleri 1 ay müddetinde Yol Hereketi Tehlükesizliyi Komissiyasına teqdim etmelidirler.

 

Hemçinin Tehsil Nazirliyi tehsil müessiselerinde ferqli iş qrafikinin tetbiqi barede tekliflerini 1 ay müddetinde Yol Hereketi Tehlükesizliyi Komissiyasına göndermelidir.


Views 502 times