Xəbərlər ::

SOSİAL :: Baş nazirin müavini: "Bakı rayon qeydiyyatında olan minik avtomobilleri üçün açıqdır"

23-07-2015 15:12

 

“Rayon qeydiyyatında olan, respublikanın şeher ve rayonlarından, hemçinin ölke xaricinden gelen minik avtomobilleri üçün şeher açıqdır"

 

“Bakı şeheri rayon qeydiyyatında olan, respublikanın şeher ve rayonlarından, hemçinin ölke xaricinden gelen minik avtomobilleri üçün açıqdır. Rayon qeydiyyatında olan minik avtomobillerinin Bakıya girişine heç bir mehdudiyyet qoyulmayacaq".

 

Bunu APA-ya açıqlamasında Nazirler Kabinetinin Yol Hereketi Tehlükesizliyi Komissiyasının “Bakı şeherinde neqliyyatın hereketinin tekmilleşdirilmesi üzre elave tedbirler haqqında” qebul etdiyi qerarı şerh eden Komissiyanın sedri, baş nazirin müavini Abid Şerifov deyib.

 

A. Şerifov bildirib ki, bölgelerden kend teserrüfatı mehsullarını daşıyan bütün növ neqliyyat vasiteleri 24 saat erzinde Bakıya daxil ola biler: “Marşrut taksileri, adi taksiler Bakı Beynelxalq Avtovağzalına buraxılacaq. Ancaq rayondan gelen bu taksiler şeherin merkezinde, “Tarqovı”da gezmeli deyil. Bu taksiler avtovağzalda sernişinlerini düşürüb, yeni sernişinlerini yığıb geri qayıtmalıdır”.

 

A. Şerifov sentyabrın 1-e qeder şeherin cenub ve şimal istiqametlerinden giriş erazilere yaxın yerlerde bütün zeruri şeraiti olan ödenişsiz duracaqların teşkili ve bu müddet erzinde duracaqların tikintisi ile bağlı Daxili İşler Nazirliyine verilen tapşırığa da aydınlıq getirib: “Maksimum kütlesi 5 tondan artıq olan yük avtomobillerinin hereketi Bakı şeherinde mayın 1-den oktyabrın 1-dek seher saat 07:00-dan axşam saat 22:00-dek, oktyabrın 1-den mayın 1-dek seher saat 07:00-dan axşam saat 21:00-dek mehdudlaşdırılacaq. Tikilecek bu duracaqlar yük avtomobilleri üçün olacaq. Çünki rayondan gelen 10 tonluq yük avtomobillerinin dayanması üçün duracaqlar yoxdur. Bu yük avtomobilleri üçün duracaqlar teşkil edirik ki, şeraitleri olsun. O yük avtomobillerinin sürücüleri de insandırlar, yanlarında da belke kimse var, heç olmasa oturub orada çay içe bilsin. Duracaqlar pulsuz olacaq, hemin şexsler ise orada qalmaq istemeyeceklerse, duracaqlardan şehere avtobuslar, taksiler işleyecek, avtobus ve taksilerle şehere gele bilerler”.

 

Qeyd edek ki, bu gün Nazirler Kabinetinin Yol Hereketi Tehlükesizliyi Komissiyasının “Bakı şeherinde neqliyyatın hereketinin tekmilleşdirilmesi üzre elave tedbirler haqqında” qerar qebul edib. Qerara esasen, Azerbaycan Respublikası Daxili İşler Nazirliyinin Baş Dövlet Yol Polisi İdaresi, Neqliyyat Nazirliyi ve Bakı Şeher İcra Hakimiyyetine tapşırılıb ki, xüsusi teyinatlı, o cümleden qeza-berpa ve xilasedici, hemçinin kend teserrüfatı mehsullarını daşıyan bütün növ neqliyyat vasitelerinin hereketi istisna olmaqla, icaze verilen maksimum kütlesi 5 tondan artıq olan yük avtomobillerinin hereketi Bakı şeherinde mayın 1-den oktyabrın 1-dek seher saat 07:00-dan axşam saat 22:00-dek, oktyabrın 1-den mayın 1-dek seher saat 07:00-dan axşam saat 21:00-dek mehdudlaşdırılacaq. Gündüz saatlarında kütlesi 5 tondan artıq olan yük avtomobillerinin hereketi ise Azerbaycan Respublikası Nazirler Kabinetinin Yol Hereketi Tehlükesizliyi Komissiyası ile razılaşdırılmaqla, Daxili İşler Nazirliyinin Baş Dövlet Yol Polisi İdaresinin xüsusi icazeleri esasında teşkil edilecek. Daxili İşler Nazirliyi, Neqliyyat Nazirliyi, İqtisadiyyat ve Senaye Nazirliyi, Maliyye Nazirliyi, Emlak Meseleleri Dövlet Komitesi, Bakı Şeher İcra Hakimiyyeti ve Abşeron Rayon İcra Hakimiyyeti Bakı şeherine respublikanın şeher ve rayonlarından, hemçinin ölke xaricinden gelen ümumi istifadede olan neqliyyat vasiteleri istisna olmaqla, diger növ avtoneqliyyat vasiteleri üçün şeherin cenub ve şimal istiqametlerinden giriş erazilere yaxın yerlerde bütün zeruri şeraiti olan ödenişsiz duracaqların teşkili ile bağlı teklifleri üç gün müddetinde Yol Hereketi Tehlükesizliyi Komissiyasına teqdim etmelidirler. Eyni zamanda, Bakı şeherine gelen taksi avtomobilleri üçün şehere daxil olmadan çatma menteqesi kimi Bakı Beynelxalq Avtovağzalı teyin olunub.  Daxili İşler Nazirliyine duracaqların tikintisini 2015-ci ilin sentyabrın 1-dek başa çatdırmaq, Neqliyyat Nazirliyine ise duracaqlardan istifade eden sürücülerin ve sernişinlerin Bakı şeherinin daxiline çatdırılması üçün avtobus ve taksi dayanacaqlarının ve müvafiq avtobus marşrutlarının teşkilini temin etmek tapşırılıb.


Oxunub 488 defe