Xəbərlər ::

SİYASƏT :: Polad Bülbüloğlu: “Onun hereketleri texribatdır”

23-07-2015 15:28

 

 

Sefir “Exo Moskvı” radiosunun canlı efirinde Rusiya vetendaşlarını işğal altında olan Dağlıq Qarabağa sefer etmekden çekinmeye çağırıb.

 

Azerbaycanın Rusiyadakı sefiri Polad Bülbüloğlu Rusiya vetendaşı German Sterliqovun Ermenistan terefinden işğal olunmuş Azerbaycan erazilerine seferi, orada Azerbaycan dövleti ve ölkenin erazi bütövlüyüne qarşı etdiyi çıxışlar ve çağırışlarla bağlı “Exo Moskvı” radiosuna müsahibe verib.

 

APA-nın Moskva müxbirinin verdiyi melumata göre, canlı efirdeki müsahibe zamanı aparıcı Vladimir Varfolomeyev Azerbaycan Respublikasının Baş Prokurorluğu terefinden G. Sterliqova qarşı cinayet işinin qaldırılmasının sebebleri ile maraqlanıb. 

 

P. Bülbüloğlu bildirib ki, Dağlıq Qarabağ resmi olaraq bütün dövletler terefinden, o cümleden Rusiya Federasiyası terefinden işğal olunmuş Azerbaycan erazisi kimi qebul olunur. Bu terminin münaqişe ile bağlı beynelxalq qetname ve senedlerde, o cümleden BMT-nin Tehlükesizlik Şurası terefinden qebul edilmiş 4 qetnamede eks olunduğunu, Rusiyanın da TŞ-nin üzvü kimi bu qetnamelere ses verdiyini, sözügeden erazilerin de-yure Azerbaycan erazileri olduğunu deyen sefir, bütün dünya dövletlerinin Azerbaycanın erazi bütövlüyünü tanıdığını vurğulayıb. 

 

Münaqişenin gec-tez hell olunacağına eminliyini ifade eden P. Bülbüloğlu her bir insanın işğal olunmuş erazilere sefer etmekle bağlı cavabdehlik daşıdığını söyleyib. O, Azerbaycan Xarici İşler Nazirliyinin “qara siyahı”sında adları qeyd olunan şexslerin Azerbaycan terefine esaslı müraciet edecekleri teqdirde, hemin şexslerin adlarının siyahıdan çıxarılması meselesine baxıla bileceyini nezere çatdırıb. Lakin konkret G. Sterliqovun meselesine geldikde, P. Bülbüloğlu qeyd edib ki, hemin şexs işğal altında olan erazilere qanunsuz seferden, Dağlıq Qarabağı Ermenistan erazisi kimi tanıtmaq cehdlerinden elave, jurnalistlere, müxtelif iş adamlarına devetler edib ki, bu da Azerbaycan Respublikası dövletine, erazi bütövlüyüne qarşı çağırış kimi qebul olunur. Bu sebebden de Azerbaycan Respublikasının Baş Prokurorluğu terefinden Azerbaycan Respublikasının “Dövlet serhedi”, “Pasportlar haqqında” qanunlarının ve en esası, Azerbaycan Respublikasının Miqrasiya Mecellesinin ciddi şekilde pozulması sebebinden cinayet işinin başlandığını söyleyen sefir, G. Sterliqovun hereketlerini texribat adlandırıb ve münaqişe zonasında ateşkes rejiminin pozulduğunu xüsusi vurğulayaraq Rusiya vetendaşlarını münaqişe zonasına sefer etmekden çekinmeye çağırıb.

 

P. Bülbüloğlu G. Sterliqovun cinayet mesuliyyetine celb olunmasının zeruriliyini qeyd ederek, mesele ile Azerbaycan Respublikasının Baş Prokurorluğunun meşğul olduğunu ve onun cinayet mesuliyyetine celb olunması üçün Azerbaycan ve Rusiya arasındakı mövcud geniş hüquqi bazanın, hemçinin İnterpolun imkanlarından istifade edileceyini açıqlayıb.

 

Canlı efir zamanı G. Sterliqovun işğal olunmuş Azerbaycan erazilerine seferi, Bakının buna sert reaksiyası ile bağlı sorğu aparılıb. Sorğunun neticelerine göre, ses verenlerin 78%-i Azerbaycanın mövqeyini destekleyib


Oxunub 381 defe