Xəbərlər ::

SOSİAL :: DSMF pensiya kartları ile bağlı meseleye aydınlıq getirdi

23-07-2015 15:39

 

Son günler emek pensiyaçılarının plastik kartlarının deyişdirilib-deyişdirilmeyeceyi ile bağlı ehali terefinden Dövlet Sosial Müdafie Fonduna çoxsaylı müracietler daxil olub.

 

Fondun İctimaiyyetle elaqeler sektorundan Payiz.Az-a verilen melumata göre, pensiyaların ödenilmesi bu meqsedle elan olunmuş tenderde qalib gelmiş banklarla bağlanmış müqavileler esasında heyata keçirilir ve xidmet müddeti davam etdiyinden bankomatlardan ve plastik kartlardan istifadenin deyişdirilmesi ile bağlı heç bir narahatlığa esas yoxdur.

 

 

Emek pensiyaçıları öz pensiyalarını evvelki qaydada kartlarının aid olduğu banklardan almağa davam edecekler.


Oxunub 345 defe