Xəbərlər ::

HADİSƏ :: Bakıda yeni yerüstü keçid istifadeye verilib

23-07-2015 15:47

Bakıda yeni yerüstü keçid istifadeye verilib. Neqliyyat Nazirliyi “Azeryolservis” ASC Payiz.Az-a verilen melumata göre, Azadlıq prospektinin M.E.Resulzade qesebesinden keçen hissesinde neqliyyat vasitelerinin hereketinin intensivliyini nezere alaraq, vetendaşların avtomobil yolunu rahat ve tehlükesiz şekilde keçmesini temin etmek meqsedile yeni yerüstü piyada keçidinin inşasına 2014-cü ilin oktyabr ayında start verib. Tikinti işleri Neqliyyat Nazirliyi ve “Azeryolservis” ASC rehberliyinin nezareti altında yüksek keyfiyyetle heyata keçirilerek vaxtında yekunlaşdırılıb.

 

Bir aşırımlı, metal konstruksiyalı yerüstü müasir piyada keçidinin eskalatorlarla birlikde ümumi uzunluğu 82,12 metr, o cümleden giriş-cıxışlarda pillekanların üzunluğu  2x23.77=47.54 metr, aşırımın merkezi  dayaq  oxları arasında mesafe 28.24 metr, daxili eni 3,4 metr, hündürlüyü ise 3,0 metrdir, yol üzerinden hündürlüyü ise 6,0 metrdir. Yerüstü piyada keçidinin eyni terefe baxan iki eded giriş cıxışının her birinde vetendaşların rahat hereketi üçün 2 komplekt olmaqla 4 eded eskalator quraşdırılıb.

 

Piyada keçidinin qapalı hissesi ve pillekanların işıqlı olması üçün şüşe pencereler quraşdırılıb, pillekan marşı ve dehliz hissesi mermer üzlük daşı ile üzlenib, tavan ve yan divarlar müxtelif rengli alkopanlarla üzlenib, müasir işıqlandırma sistemi qurulub.

 

Yeni piyada keçidinde vetendaşların tehükesizliyi kameralar vasitesile 24 saat erzinde temin olunur. Bunun üçün keçidde 4 eded tehlükesizlik kamerası quraşdırılıb ve mühafizeçi otağı qurulub.

 


Oxunub 231 defe