Xəbərlər ::

İDMAN :: Tahir Gözel: ""Qarabağ" 1 milyon mecburi köçkünün ümididir"

23-07-2015 16:34

"Qarabağ”ın vitse-prezidenti Tahir Gözel klubun resmi saytına müsahibe verib. Payiz.Az-ın klubun resmi saytına istinaden melumatına göre,, o, Ağdam temsilçisinin dünenki qelebesine toxunmaqla yanaşı, Çempionlar Liqasının növbeti tesnifat merhelesinde “Seltik”le keçirilecek oyunlara da toxunub.

 

- “Qarabağ” klubu Azerbaycan üçün önemli funksiya daşıyır. İşğal olunmuş torpaqları ve Qarabağı heç vaxt unutmuruq. Tebii ki, torpaqlarımızın işğaldan azad olacağına inamımız böyükdü. Dövletimizin hem herbi, hem de iqtisadi gücü buna qadirdi. Biz buna inanırıq ve eminik. “Qarabağ” hazırda 1 milyon mecburi köçkünün ümididi. Ağdamın işğal günü erefesinde “Qarabağ”ın Çempionlar Liqasında qelebe qazanması, merhele adlaması mecburi köçkünlerin qelbinde bele üzücü günde teselli, ümid işığıdı. Sevinirik ki, “Qarabağ” bele bir meqamda qelebe qazanaraq xalqımızı sevindire bildi.

 

- “Rudar”la oyunda komandadan razı qaldızmı?

- Tebii ki, komandamın oyununu heyecanla izledim. Hele Bakıdakı ilk matçdan sonra reqibin müdafie olunduğunu ve Monteneqroda “Qarabağ”ın növbeti merheleye çıxacağına inandığımı bildirmişdim. Göründüyü kimi, komandamız oyunboyu hücumda oynadı, netice qazanmaq üçün elinden gelenin en yaxşısını etmeye çalışdı. Komandamızın mezmunlu oyununu Reynaldo vurduğu gözel qolla tamamladı. Braziliyalı forvard xarakter nümayiş etdirerek, ne qeder önemli oyunçu olduğunu gösterdi. Komandam en yaxşısını nümayiş etdirerek, növbeti merheleye yükselmeyi haqq etdi.

 

- Növbeti reqib meşhur “Seltik” klubudu…

- Tebii ki, “Seltik” dünyanın en tanınmış komandalarından biridi. Klubun tarixine nezer saldıqda, nece böyük komanda olduğunun şahidi oluruq. Son illerde ölkesinin deyişmez çempionudu. Melum olduğu kimi, ilk oyun Şotlandiyada olacaq. Böyük Britaniyaya viza alınması bir qeder çetin prosesdi. Krallığın ölkemizdeki sefirine gösterdiyi hessaslığa göre öz teşekkürümü bildirirem. Qısa zamanda viza alınması üçün kömeyini esirgemedi. “Qarabağ” daha bir dünya nehengini Bakıya getirecek. Tebii ki, men her zaman olduğu kimi, komandama inanıram. “Qarabağ” “Seltik”e qarşı layiq olduğu şekilde mübarize aparacaq. “Qarabağ”ın uğuru Azerbaycanın uğurudu. “Seltik”le mübarize hamımız üçün maraqlı çağırış olacaq. “Qarabağ” her zaman öz duruşunu qoruyacaq. Netice ne olursa olsun, men komandamın arxasındayam.  

 


Oxunub 260 defe