Xəbərlər ::

SOSİAL :: Multikulturalizm Merkezinin yay mektebi davam edir

23-07-2015 16:57

 

Bu gün Bakı Beynelxalq Multikulturalizm Merkezi (BBMM), Bakı Slavyan Universiteti ve Azerbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birge teşkilatçılığı ile iyulun 21-den start götüren “Multikulturalizm Azerbaycanda heyat terzi kimi: öyren, araşdır, paylaş” adlı beynelxalq yay mektebinin iştirakçıları Heyder Eliyevin mezarını ve Şehidler Xiyabanını ziyaret edibler. Payiz.Az-ın melumatına göre, ziyaretden sonra BSU-da Azerbaycanın milletlerarası, multikulturalizm ve dini meseleler üzre Dövlet müşaviri, BBMM-in Himayeçilik Şurasının sedri, akademik Kamal Abdullayev beynelxalq yay mektebinin iştirakçıları ile görüşüb.

 

Akademik qonaqları salamlayaraq müxtelif ölkelerin müellim ve telebe heyetini Bakıda görmekden memnunluğunu ifade edib: “Mene ele gelir ki, sizin çoxunuz Bakıda ilk defesiniz ve artıq bu günler erzinde şeherimizle müeyyen qeder tanış ola bildiniz. Men çox sevinirem ki, buradakı  genclerin ekseriyyeti bizim onlara teklif etdiyimiz Azerbaycan multikulturalizmi fennini öz universitetlerinde bir semestr boyu öyrenmiş telebelerdir.

 

Müellimlerin ve universitet rehberlerinin dediklerine göre, fennin tedrisi uğurlu keçib. Azerbaycan universitetlerinden de yay mektebine qatılan telebelerimiz var. İnanıram ki, bir-birinizle temasınız gelecekde hem tehsilinizde, hem de karyeranızda size yardımçı olacaq. Mene ele gelir ki, sizi çox maraqlı seyahet gözleyir. Nabran, Xaçmaz, Quba, Qusar Azerbaycanın son derece gözel ve maraqlı bölgeleridir. Bu bölge tekce azerbaycanlıların deyil, xarici qonaqların da hemişe diqqet merkezindedir. Azerbaycan dövleti bütün bölgelerin inkişafına xüsusi diqqet ayırır. Men sevinirem ki, sizin Azerbaycanı nezeri şekilde öyrenmeyiniz ölkemizi öz gözlerinizle görmeyinizle tamamlanacaq. Azerbaycan prezidenti İlham Eliyev bele bir söz deyib: “Multikulturalizmin alternativi yoxdur”. Azerbaycanda multikulturalizm yaşayır ve inkişaf edir. Siz bunu her görüşünüzde, her mühazirenizde, ünsiyyet bağladığınız her bir adamla temasınızda göreceksiniz”.

 

K. Abdullayev yay mektebinin iştirakçısı olan telebelerin Azerbaycan multikulturalizmini daha derinden öyrenmeye davam edeceklerine inandığını deyib: “Bu sizin Azerbaycanla tanışlığınızın ilkin merhelesi olsun. Yuxarı kurslarda ve hetta universiteti bitirenden sonra da Azerbaycanla elaqeleriniz kesilmesin. Biz sizin yeni dostlarınız olaraq bunun üçün elimizden geleni edeceyik”.

 

Dövlet müşaviri yay mektebinin iştirakçıları arasında dostluğun bundan sonra da davam edeceyine eminliyini bildirib: “İnanıram ki, burada yaranan tanışlıqlar bir ömür boyu dostluğa çevrilecek. Azerbaycanlı telebelere ise demek isteyirem ki, onlar burada özlerini ev sahibi kimi aparmalıdırlar. Öz hemkarları, öz telebe dostları ile gelecek ünsiyyet xetlerini müeyyenleşdirmelidirler. Bundan tekce Azerbaycan yox, İtaliya, Litva, Türkiye, Rusiya, Bolqarıstan, Gürcüstan, Çexiya ve ümumiyyetle, burada iştirak eden bütün telebeler qazanacaqlar, menevi-intellektual xeyir götürecekler. Bu yay mektebi intellektual koleydeskop kimi en müxtelif modifikasiyalar vere biler. Siz bu sahede ilk qaranquşlarsınız, pionerlersiniz. Gelecekde biz artıq yay mekteblerini sizin arzularınıza uyğun şekilde qurmağa çalışacağıq. Sizin hansı bölgelerle, hansı dövlet strukturları ile, hansı yaradıcı teşkilatlarla daha yaxından temas qurmaq isteyiniz bizim üçün ehemiyyetlidir”.

 

K. Abdullayev indiyedek Azerbaycanın bir sıra beynelxalq tedbirlere ev sahibliyi etdiyini vurğulayaraq Birinci Avropa Oyunlarının möhteşem teşkilinden, bu tedbirin ölkemizi dünyaya daha da yaxından tanıtmasından söz açıb.

 

Görüşde telebe ve müellimlerin teklifleri dinlenilib, diskussiya aparılıb. Akademik yay mektebinin iştirakçılarına müellifi olduğu kitabları hediyye edib.

 

Görüşden sonra “Multikulturalizm Azerbaycanda heyat terzi kimi: öyren, araşdır, paylaş” adlı beynelxalq yay mektebinin iştirakçıları Nabrana yola düşübler.


Oxunub 440 defe