Xəbərlər ::

İQTİSADİYYAT :: “Azerişıq” cenub bölgesinde yenidenqurma işleri aparır

20-07-2015 17:22

 

Respublikanın cenub regionu tez-tez tebiet hadiselerinin baş verdiyi en hessas bölgelerdendir. “Azerişıq” ASC yaradıldıqdan sonra bütün ölke erazisinde elektrik enerjisinin techizatı istiqametinde aparılan süretli yenidenqurma işleri bu bölgede de davam etdirilib.

 

ASC-nin metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre, yerli iqlim şeraiti nezere alınaraq, Cenub RETSİ-nin struktur terkibine daxil olan elektrik şebekelerinde istehlakçıların dayanıqlı ve keyfiyyetli elektrik enerjisi techizatı meqsedi ile esaslı ve cari temiri işlerinin sxemi cızılıb. Cenub RETSİ-nin struktur terkibine daxil olan Şirvan, Hacıqabul, Salyan, Neftçala, Bilesuvar, Celilabad, Masallı, Lenkeran, Astara, Lerik, Yardımlı Elektrik şebekelerinin her birini qısa müddetde en keyfiyyetli ve müasir veziyyete getirilmesi qarşıya meqsed kimi qoyulub.

 

İyulun 1-e olan melumata göre, Cenub RETSİ üzre ümumilikde, 97 Komplekt Transformator Menteqesi (KTM) quraşdırılıb. Onlardan 46-sı elektrik şebekelerine qoşulmuşdur. KTM-leri quraşdıran zaman yerli iqlim şeraiti de nezere alınmışdır. Rütubetin ve yağışların daha çox olduğu cenub erazilerde bezi KTM-ler tez çürüyen materiallarla deyil, daşdan tikilmiş mühafize zolağı ile ehatelenmiş ve etrafı abadlaşdırılıb. Bu müddet erzinde 4 eded 110 kV-luq, 42 eded 35 kV-luq,  629 eded 6/10 kV-luq, 5306 eded 0,4 kV-luq istismar müddetini bitirib ve tehlükeli xarakter almış ağac ve sınıq-salxaq beton dayaqlar yeni demir ve demir-beton dayaqlarla evez edilib.

 

Bir çox yerlerde yarımstansiyanı qidalandıran ve yarımstansiyadan çıxan 35 ve 10 kV-luq elektrik verilişi xetlerinin mühafize zonaları pozulduğundan tebiet hadiseleri ve qeza baş verdikde istehlakçıların elektrik techizatında uzun müddetli fasileler yaranırdı. Cenub bölgesinde bu cür hadiselere son qoymaq üçün 1700 metr 35 kV-luq EVX AS 95, 40 805 metr 6/10 kV-luq EVX AS-50, 1215 metr 10 kV-luq kabel XLPE, 89 330 metr 0,4 kV-luq EVX (SİP) yeni elektrik xetleri çekilerek tehlükelilik ve yarıtmazlıq veziyyeti aradan qaldırılmışdır. Bundan başqa xeyli sayda KTM, elketrik naqillerinde ve beton dayaqlarda cari temir işleri aparılıb, profilaktik tedbirler görülüb. Vacib olan iki yarımstansiyada da cari temir işleri heyata keçirilerek işlek veziyyetin keyfiyyeti qaldırılıb.      

                                

Yeni ve elece de deyişiklik zerureti olan abonentler üçün 1138 eded sayğac quraşdırılaraq tehvil-teslim işleri aparılıb.

 


Oxunub 539 defe