Xəbərlər ::

SOSİAL :: Allahşükür Paşazade tacikistanlılara 10 min dollar yardım edib

23-07-2015 17:09

 

Qafqaz Müselmanları İdaresinin (QMİ) sedri, şeyxülislam Allahşükür Paşazadenin rehberlik etdiyi nümayende heyeti 21-22 iyul tarixlerinde Tacikistanın paytaxtı Düşenbe şeherinde seferde olub.

 

QMİ-nin metbuat xidmetinden APA-ya verilen melumata göre, seferin ilk günü A. Paşazade Tacikistan hökumeti yanında Dini işler, milli adet-enene ve merasimlerin tenzimlenmesi üzre Komitenin sedri Süleyman Davlatovla görüşüb.

 

Görüşde Düşenbede keçirilecek “İslam dini ekstremizm ve terrorizme qarşıdır” mövzusunda konfransla bağlı fikir mübadilesi aparılıb, habele bu ilin aprel ayında Bakıda keçirilmiş “İslam maarifçiliyi ve müasir dövr” mövzusunda beynelxalq konfransın qerarları ve neticeleri müzakire olunub.

 

Hemin gün QMİ sedri Azerbaycanın Tacikistandakı sefirliyini ziyaret edib, sefirliyin erazisinde yerleşen Heyder Eliyevin büstünün önüne gül destesi qoyub.

 

İyulun 22-de ise A. Paşazade Tacikistan prezidenti İmameli Rehmonun deveti ile Düşenbede dünyanın 34 ölkesini temsil eden tanınmış dövlet, din ve elm xadimlerinin iştirakı ile keçirilen “İslam dini ekstremizm ve terrorizme qarşıdır” mövzusunda beynelxalq konfransda meruze ile çıxış edib. O, Tacikistan dövletinin İslam irsinin beynelxalq müstevide tebliği işine öz töhfesini vermesini deyerli hal kimi seciyyelendirib. Son vaxtlar dünyada baş veren ekstremist çıxışları, qanlı terror aktlarını, habele tekfirçilik tezahürlerini qetiyyetle pisleyen QMİ sedri bele emellerin qarşısının yalnız xalqların qetiyyetli iradesi, dövlet rehberlerinin mesuliyyetli qerarları, din xadimleri ve cemiyyetin bütün tebeqelerinin birge seyleri ile alına bileceyini söyleyib. Beynelxalq konfrans iştirakçılarının diqqetini Qarabağ münaqişesine yönelden şeyxülislam deyib ki, 25 ilden artıq müddet erzinde işğal ve etnik temizleme siyasetinin acı neticelerini yaşayan, Qarabağın işğalının, Xocalı soyqırımının, ermeni ekstremistlerinin mütemadi maddi ve menevi terrorunun şahidi olan Azerbaycan xalqı terrorun ve ekstremizmin ne olduğunu yaxşı bilir. A. Paşazade ekstremizmle, terrorla, ideoloji texribatlarla mübarizede islami hemreylikle yanaşı, bütün semavi din ardıcıllarının dialoq ve emekdaşlığını tesirli vasite kimi deyerlendirib. O, terror ve ekstremizm hallarına son qoyulması yönünde dinlerarası dialoq, mezheblerarası anlaşmanın vacib olduğunu bildirerek, multikulturalizm ve tolerantlığın Azerbaycanda mövcud nümunevi modelinden behrelenmeyin ümumbeşeri önemini xüsusi qeyd edib.

 

Çıxışının sonunda konfransda qebul edilecek qerarlarla bağlı tövsiye ve teklifler veren şeyxülislam, bu yaxınlarda Tacikistanda baş vermiş tebii felaketle bağlı qardaş tacik xalqına, onun rehberliyine, yaxınlarını itiren ailelere başsağlığı verib. QMİ sedri tebii felaketden zerer çekmiş ailelere Azerbaycan müselmanları adından 10 min dolları mebleğinde maddi yardım teqdim etdiyini beyan edib.


Oxunub 357 defe