Xəbərlər ::

SOSİAL :: Azerbaycanda sonuncu defe bele hava 11 il evvel olub

23-07-2015 17:16

 

“Bu il iyul ayı evvelki illerle müqayisede bir qeder ferqli keçir. İyulun I ongünlüyünde temperatur yüksek idi, istiler müşahide olunurdu. Lakin II ongünlükde demek olar ki, şimal-qerb küleyi üstünlük teşkil etdi. Bununla elaqedar yüksek temperatur müşahide olunmadı”.

 

Bunu APA-ya Ekologiya ve Tebii Servetler Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

 

Baş hidroloq bildirib ki, iyul ayında bele qeyri-sabit hava şeraiti sonuncu defe 11 il evvel müşahide olunub: “Xüsusen iyul ayının 16-sı, 17-si, 18-i, 19-u, 22-si ve 23-e keçen gece respublika erazisinde yağış yağıb. En çox yağış Lenkeran-Astara ve Böyük Qafqaz erazisinde qeyde alınıb. Müşahide dövrüne nezer salsaq, görerik ki, iyul ayında bu cür qeyri-stabil hava şeraiti 1985, 1993 ve 2004-cü illerde müşahide olunub”.

 

A. Verdiyev qeyd edib ki, yaxın 2-3 gün erzinde Bakı ve Abşeron yarımadasında temperatur 30-35 derece arasında deyişecek: “Hefte sonundan etibaren temperaturun tedricen yükseleceyi gözlenilir”.  


Oxunub 243 defe