Xəbərlər ::

HADİSƏ :: Sosial müdafie fondunun elektron xidmetlerinden istifade sayı artıb

23-07-2015 17:32

Dövlet Sosial Müdafie Fondunun elektron xidmetlerinden istifade sayı 2,6 defe artıb. Fonddan Payiz.Az-a verilen melumata göre, 2015-ci ilin birinci yarısında Dövlet Sosial Müdafie Fondunun öz saytı, “Elektron hökümet portalı” ve “Elektron ödeniş portalı” vasitesile ehaliye teqdim etdiyi elektron xidmetlerden ümumilikde 1 milyon 300 mine yaxın istifade sayı qeyde alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrüne nisbeten 2,6 defe artıq olmaqla, keçen ilin illik göstericisi seviyyesindedir. Bu barede jurnalistlere Dövlet Sosial Müdafie Fondunun sedri Elman Mehdiyev Azerbaycan Respublikasının Prezidenti cenab İlham Eliyevin “Dövlet orqanlarının elektron xidmetler göstermesinin teşkili sahesinde bezi tedbirler haqqında” 2011-ci il 23 may tarixli 429 nömreli Fermanının ehemiyyetinden behs ederken bildirib. E.Mehdiyev öten dövrde ehalini maraqlandıran, sığorta-pensiya sistemine aid bütün meselelere aydınlıq getirilmesi meqsedile çoxsaylı merkezi ve regional teqdimatların keçirildiyini, hemçinin elektron xidmetler mövzusunda xüsusi reklam çarxının hazırlanaraq telekanallarda yayımlandığını qeyd edib.


Azerbaycanın sığorta-pensiya sisteminde qabaqcıl dünya tecrübesine uyğun avtomatlaşdırılmış infrastruktur ve texnoloji baza qurulmaqla, informasiya-kommunikasiya texnologiyalarının geniş tetbiqi neticesinde bütün mövcud proseslerin elektronlaşdırılması temin edilib. Dövlet Sosial Müdafie Fondu terefinden ehaliye gösterilen xidmetlerin innovativ yenilikler ve müasir texnologiyalar esasında semereli teşkili ve tekmilleşdirilmesi işinin uğurla davam etdirilmesi neticesinde "Elektron hökümet" portalının statistikasına esasen DSMF-nin gösterdiyi elektron xidmetler en çox istifade olunan xidmetler sırasında ilk yerleri tutur. Sosial sığorta haqlarının ödenişi ve hesabatlılığı sahesinde avtomatlaşdırma neticesinde Azerbaycan “Doing Business 2015” hesabatında 32 pille irelileyib.


Oxunub 425 defe