Xəbərlər ::

HADİSƏ :: Bakıda er arvadını öldürmek istedi

23-07-2015 17:40

 

Bakıda er arvadını öldürmeye cehd edib. APA-nın xeberine göre, Bakı şeher Baş Polis İdaresi  ve Şeher Prokurorluğunun birge melumatında bildirilir ki, iyulun 23-de saat 15 radelerinde paytaxtın Nizami rayonu erazisinde fealiyyet gösteren “Meridian” şadlıq sarayının yaxınlığında Quliyev Senan Eli oğlu aile münaqişesi zemininde aralarında yaranmış mübahise zamanı üstünde gezdirdiyi bıçaqla 1993-cü il tevellüdlü arvadı Hüseynova Vüsale Vüqar qızını qesden öldürmek meqsedile bedeninin müxtelif nahiyelerine çoxsaylı xesaretler yetirib, sonuncu aldığı xesaretlerle bağlı xestexanaya yerleşdirilib.

 

Rayon Polis İdaresi ve Rayon Prokurorluğunun emekdaşları terefinden hadise yerine baxış keçirilib, maddi sübutlar götürülüb, müvafiq ekspertizalar teyin edilib ve diger texiresalınmaz zeruri prosessual hereketler yerine yetirilib.

 

Fakta göre rayon prokurorluğunda Cinayet Mecellesinin 29, 120.1-ci (qesden adam öldürmeye cehd) maddesi ile cinayet işi başlanıb, hemin cinayetin töredilmesinde şübheli bilinen S. Quliyev tutularaq istintaqa celb edilib. 

 

Hazırda cinayet işi üzre istintaq tedbirleri davam etdirilir.


Oxunub 286 defe