Новости ::

İDMAN :: FHN-in emekdaşları atıcılıqda 1-ci yere çıxıb

23-07-2015 17:59

Bu gün Fövqelade Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun ve FHN işçileri Hemkarlar İttifaqının birge teşkilatçılığı ile nazirliyin yaradılmasının 10 illik yubileyine hesr olunmuş atıcılıq üzre növbeti çempionat keçirilib. Nazirliyin metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre, FHN-in Akademiyasında baş tutan yarışa her birinde iki iştirakçı olan 21 komanda qatılıb. Yarışda 10 metr mesafeye pnevmatik tapançadan 3 sınaq ve 10 meqbul atışı olub. Yarışın baş hakimi beynelxalq dereceli hakim Yavuz Eminbeyli olub, atış xettine ise beynelxalq dereceli hakim Yusif Abdullayev nezaret edib.

 

Komanda hesabında birinci yeri FHN-in Dövlet Sularda Xilasetme Xidmeti (DSXX), ikinci yeri FHN-in Aparatı, üçüncü yeri ise FHN-in Akademiyası qazanıb. Şexsi hesabda birinci yere Vaqif Pişiyari (DSXX), ikinci yere Elçin Ehmedov (FHN-in Aparatı), üçüncü yere Adil Seferov (DSXX) layiq görülüb.

 

Qaliblere diplom, fexri ferman, kubok ve hediyyeler teqdim olunub. Tedbirde klubun reisi Füzuli Musayev çıxış ederek atıcılıq üzre çempionata her il maraq yarandığını bildirib: “Sevindirici haldır ki, bu yarışa bir qadın iştirakçı da qatıldı. Her çempionatda mübarize ve heyacan artır. Sabah növbeti üzgüçülük çempionatımız baş tutacaq. Sentyabrda ise bizi böyük – Semti müeyyen etme üzre çempionat gözleyir”.


Просмотров 330 раз