Xəbərlər ::

SİYASƏT :: Amerikalı hemsedr: “Dağlıq Qarabağ münaqişesi erazi bütövlüyü prinsipi ile hell olunmalıdır”

23-07-2015 19:16

 

“Biz çox isteyirik ki, prezidentler onlara münasib olan zamanda bir araya gelsinler ve münaqişenin hellinde irelileyişe nail olsunlar”

 

 

“Dağlıq Qarabağ münaqişesi ATET-in Helsinki Yekun Aktının prinsipleri - erazi bütövlüyü, öz müqedderatını teyinetme ve güc tetbiq etmeme prinsipleri esasında hell olunmalıdır”.

 

APA-nın xeberine göre, bu sözleri Bakıda metbuat konfransı keçiren ATET-in amerikalı hemsedri Ceyms Uorlik deyib.

 

Ukraynanın Donbas regionundakı münaqişe ile Azerbaycanın Dağlıq Qarabağ regionundakı münaqişenin ne ile ferqlendiyi barede suala C. Uorlik bele cavab verib: “Münaqişeler ferqlidir. Her bir münaqişenin özünün menbeyi, tarixi var. Ukrayna böhranı, Dağlıq Qarabağ ve diger münaqişeler biri-birleri ile müqayise edile bilmez. Her bir münaqişeye bilavasite münaqişenin zemininden asılı olaraq müxtelif yanaşmalar olmalıdır. Dağlıq Qarabağ münaqişesi Helsinki Yekun Aktının prinsipleri - erazi bütövlüyü, öz müqedderatını teyinetme  ve güc tetbiq etmeme prinsipleri esasında hell olunmalıdır”.

 

ABŞ prezidentinin Azerbaycan ve Ermenistan prezidentlerinin görüşünü teşkil edib-etmeyeceyi barede sualı cavablandıran diplomat ABŞ prezidenti Barak Obamanın planları barede danışmaq istemediyini söyleyib: “Men prezident Obamanın planları barede danışmaq istemirem. Lakin ATET-in Minsk Qrupunun hemsedr dövletleri ve hemsedrlerin özleri çox isteyir ki, her iki ölkenin prezidentleri onlara münasib olan zamanda bir araya gelsinler ve münaqişenin sülh yolu ile helline dair irelileyişe nail olsunlar”.


Oxunub 249 defe