Xəbərlər ::

HADİSƏ :: OLAY: İŞİD Türkiye ile müharibeye başladı

23-07-2015 19:46

 

İlkin melumatlara göre, 1 türk esgeri helak olub, 2 esger yaralanıb

 

Türkiye-Suriya serhedinde, Kilis vilayeti erazisinde “İŞİD” terrorçuları ile Türkiye esgerleri arasında atışma baş verib.

 

APA-nın “Milliyet”e istinaden verdiyi melumata göre, Kilisin Elbeyli rayonu erazisinde, Suriya ile serhedde keşik çeken türk esgerlerine Suriyada “İŞİD”in nezaretinde olan eraziden ateş açılıb. Neticede 1 esger şehid olub, 2-si yaralanıb.

 

Hadisenin bir qrup “İŞİD” üzvünün Türkiyeye keçmeye cehd göstererken baş verdiyi, terrorçuların ölkeye keçmesine imkan vermeyen esgerlerin iriçaplı silahlardan ateşe meruz qaldığı bildirilir. Türkiye herbçilerinin cavab ateşi açdığı ve 1 “İŞİD”çinin öldürüldüyü xeber verilir.

 

Bölgeye elave qüvveler gönderilib.


Oxunub 384 defe