Xəbərlər ::

SİYASƏT :: Ceyms Uorlik: “Heç bir teref müharibe istemir”

23-07-2015 20:09

 

 

“Fikrimce, hem Azerbaycan prezidenti, hem de Ermenistan prezidenti ümumiyyetle müharibe istemir ve her iki teref münaqişenin sülh yolu ile hell olunmasına dair öz öhdeliyine sadiqliyini ve bağlılığını artıq nümayiş etdirib”.

 

APA-nın xeberine göre, bunu ATET-in Minsk qrupunun amerikalı hemsedri Ceyms Uorlik jurnalistin esir ve girovların azad edilmesi kimi kiçik bir meselede heç bir güzeşte getmeyen Ermenistanın Dağlıq Qarabağ probleminin hellinde hansısa güzeşte gedeceyinin ne derecede real olduğu barede sualını cavablandırarken deyib.

 

“Sualınız vacib bir meqama toxunur. Bu meqam ondan ibaretdir ki, terefler arasında tam etimad yoxdur. Etimad bilavasite danışıqların zeminini teşkil etmelidir. Terefler arasında etimadın yaradılması ve möhkemlendirilmesi üçün kiçik addımlar çox böyük rol oynayır. Mühüm olan bu kimi kiçik addımları atmaq çox vacibdir. Bu kimi addımlara misal olaraq Azerbaycan terefinin ermeni atletlerinin Bakıda teşkil olunan I Avropa Oyunlarına devet olunmasını göstere bilerik. Biz Ermenistan atletlerinin Azerbaycana gelmesinin ve yarışlara qatılmasının şahidi olduq. Bu kimi kiçik addımlar terefler arasında etimadın yaradılması ve möhkemlendirilmesi üçün çox mühümdür”, - deye o bildirib.


Oxunub 218 defe