Xəbərlər ::

İQTİSADİYYAT :: Azerbaycanda daha iki kend qazlaşdırıldı

25-07-2015 00:32

Bu gün Zerdab rayonun Elibeyli ve Allahqulubağı kendlerinde  yeni çekilmiş qaz xettinin açılış merasimi keçirilib. APA-nın yerli bürosunun melumatına göre,  açılış merasiminde Rayon İcra Hakimiyyetinin nümayendeleri, kend sakinleri,  “Azeriqaz” İstehsalat Birliyinin nümayendesi İbrahim Kerbelayev  iştirak edib.

 

Merasiminde çıxış eden Rayon İcra Hakimiyyeti başçısının birinci müavini Rehman Feyzullayev kend sakinlerini bu mühüm hadise münasibetile tebrik edib. Bildirib  ki, artıq bununla rayonun 17 yaşayış menteqesinde vetendaşlar tebii qazdan istifade edirler. Hazırda rayonun diger yaşayış menteqelerinde qazlaşma işleri davam etdirilir. 2014 - 2018-ci illeri ehate eden regionların sosial-iqtisadi inkişafı Dövlet Proqramına esasen yaxın illerde rayonun bütün yaşayış menteqeleri mavi yanacaqla  temin edilecek.

 

Çıxışlarda qeyd olunub ki,  kendde 31600 paqonometr daşıyıcı ve paylayıcı xett çekilmiş, 269 eve sayğac quraşdırılmış, qaz piletelerinin quraşdırıldığı mesafeye qeder xett çekilmişdir. Sonra inşaat işlerinde feallıq gösteren bir qrup işçiye qiymetli hediyyeler teqdim olunub.

 

Merasimin sonunda mavi yanacağın verilişini bildiren remzi meşel alovlandırılıb.


Oxunub 332 defe