Xəbərlər ::

SOSİAL :: Moldova Nergiz Paşayevanı mukafatlandırdı

25-07-2015 01:34

Azerbaycanın Moldovadakı sefirliyine Moldova Elmler Akademiyasının (EA) prezidentinden ilk defe olaraq Bakıda keçirilen 47-ci Beynelxalq kimya olimpiadasının iştirakçılarına tebrik mektubu daxil olub. Payiz.Az-ın Azerbaycanın Moldovadakı sefirliyine istinaden verdiyi xebere göre,  Moldova EA-nın prezidenti, akademik, kimya elmleri doktoru, professor George Duka mektubda memnunluqla bildirib ki, 47-ci Beynelxalq kimya olimpiadasının Azerbaycanda, Moskva Dövlet Universitetinin (MDU) Bakı filialında keçirilmesi haqqında qerar 2012-ci ilde Vaşinqtonda teşkil olunan 44-cü Beynelxalq kimya olimpiadasının münsifler heyeti terefinden qebul edilib. O, hemçinin qeyd edib ki, 2014-cü ilde Vyetnamın paytaxtı Hanoy şeherinde 46-cı Beynelxalq kimya olimpiadasının bağlanışı merasiminde müsabiqenin bayrağı 47-ci olimpiadanın teşkilatçısına – MDU-nun Bakı filialına verilib ve Rusiyadan sonra Azerbaycan MDB mekanında Beynelxalq kimya olimpiadası keçiren ikinci ölkedir.

 

Mektubda MDU-nun Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nergiz Paşayevanın xidmetleri de xüsusi vurğulanıb.

 

Akademik G.Duka bele genişmiqyaslı tedbirin hazırlanması ve keçirilmesi sahesinde böyük teşkilatçılıq fealiyyetine göre professor Nergiz Paşayevaya Moldova EA adından semimi minnetdarlığını bildirib ve onun Moldova EA-nın diplomu ile teltif olunduğunu qeyd edib.


Oxunub 344 defe