Xəbərlər ::

DÜNYA :: Terrorçu-kamikadzeler 21 herbçinin heyatına son qoydu

25-07-2015 03:49

İraqda herbi obyektlerin yaxınlığında iki avtomobilin partladılması neticesinde azı 21 herbçi helak olub. APA-nın “RİA Novosti”ye istinaden verdiyi xebere göre, bu barede İraq ordusunun nümayendesi bildirib.

 

Melumata göre, terrorçu-kamikadzeler terefinden idare olunan iki avtomobil El Faluca şeherinin yaxınlığında herbçilerin blok-postlarına çırpılıb.  

 

Partlayışlar neticesinde İraq ordusunun ve könüllüler destesinin döyüşçüleri helak olub, 24 nefer yaralanıb.  

 

Partlayışlara göre mesuliyyeti helelik heç bir qruplaşma öz üzerine götürmeyib.

 

İyulun 22-de El Faluca şeherinin yaxınlığında töredilen analoji terror aktları neticesinde 22 herbçi helak olmuşdu.  


Oxunub 263 defe