Xəbərlər ::

DÜNYA :: Rusiya polisinin qanunsuz miqrantlarla bağlı selahiyyetleri genişlendirilir

25-07-2015 05:08

 Rusiya Daxili İşler Nazirliyi qanunsuz miqrantlarla daha effektiv mübarize aparmaq üçün qanun layihesi hazırlayıb. APA-nın “RİA Novosti”ye istinaden verdiyi xebere göre, bu barede qurumun saytında bildirilir.  

 

Qanun layihesi Rusiya erazisinde qalma qaydalarının pozulmasına dair madde üzre inzibati xeta işlerine baxılması ve Rusiya erazisinde qanunsuz emek fealiyyetine dair madde üzre protokolların tertib edilmesi kimi selahiyyetlerin asayiş keşikçilerine verilmesini  nezerde tutur.  

 

“Qanun layihesinin qebulu polisin miqrasiya sahesinde pozuntuların vaxtında profilaktikasının ve qarşısının alınmasının temin olunmasında polisin fealiyyetinin effektivliyini artırmağa ve qeyd olunan kateqoriyalar üzre inzibati xeta işlerine operativ baxmağa imkan verecek. 


Oxunub 251 defe