Xəbərlər ::

DÜNYA :: Gürcüstan parlamentinden Rusiyanın eleyhine qetname

25-07-2015 05:50

İyulun 24-de Gürcüstan parlamenti "sürünen işğal haqqında" qetname qebul edib. APA-nın Gürcüstan bürosunun gürcü metbuatına istinaden melumatına göre, "Rusiya Federasiyası işğalçı qüvvelerinin Gürcüstana qarşı növbeti texribat hereketleri haqqında" adlanan senedde parlament Gürcüstanı Rusiyadan ayıran Tsxinvali regionundakı qondarma serhed  xettinde, ölkenin Şerq-Qerb avtomobil magistralının yaxınlığında ve Bakı-Supsa boru kemerinin bir hissesinin keçdiyi yerde yeni lövhelerin quraşdırılmasına göre Rusiyanı pisleyib.  Qetname "Gürcü Arzusu" partiyasının teklifi ile qebul edilib. Senedi 82 deputat destekleyib.

 

“Milli Herekat” terefinden ireli sürülen eyniadlı qetname layihesine ise  50 deputatdan 15 deputat ses verib.

 

Müzakireye çıxarılan her iki senedler bir neçe madde istisna olmaqla, eslinde bir-birinden ehemiyyetli derecede ferqlenmeyib.

 

Parlament terefinden qebul edilen senedde Rusiyanın son vaxtlar Gürcüstanın işğal olunmuş bölgesinde de-fakto anneksiya, etnik temizleme,  mülkiyyet ve insan hüquqlarının kobud şekilde pozulması, suverenliyi ve erazi bütövlüyünü pozan siyasetin davamı kimi tecavüzkar hereketleri pislenib.

 

Qetnameye esasen,  bu texribat hereketleri Gürcüstanın regional ve Avropa tehlükesizliyini temin eden Avropa ve Avro-Atlantik inteqrasiyaya edilen seylere ziddir. Senedde bildirilib ki, resmi Tiflis radikal qarşıdurmaya baxmayaraq, Rusiya ile münasibetleri hell etmek üçün danışıqlar yolunu seçib.

 

Gürcüstan parlamenti qetnamede hökumeti intensiv şekilde ölkenin bu mövzuda mövqeyini beynelxalq aleme, hemçinin  Cenevre formatının beynelxalq müzakirelerine ve BMT Tehlükesizlik Şurasının formatına çıxarmağa çağırıb.


Oxunub 279 defe