Xəbərlər ::

SOSİAL :: II ve III ixtisas qrupları üzre qebul imtahanı keçirilir

25-07-2015 08:01

Bu gün ali tehsil müessiselerine qebul olmaq isteyen cari ilin mezunları üçün II ve III ixtisas qrupları üzre qebul imtahanı keçirilir. Telebe Qebulu üzre Dövlet Komissiyasından Payiz.Az-a verilen melumata göre, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq ve 3 saat davam edecek.

İmtahan respublikanın 11 şeherinde - Bakı, Naxçıvan, Gence, Sumqayıt, Mingeçevir, Şeki, Ağcabedi, Göyçay, Şirvan, Lenkeran ve Xaçmaz şeherlerinde ümumilikde 56 binada aparılacaq.

İmtahanda abituri­yentlere her fenden 25 test tapşırığı olmaqla ümumilikde 125 test tapşırığı teqdim olunur. II ixtisas qrupunda riyaziyyat, coğrafiya ve ana dili (Azerbaycan bölmesi üzre Azerbaycan dili, rus bölmesi üzre rus dili) fenlerinden, III ixtisas qrupunda ise riyaziyyat, tarix ve ana dili (Azerbaycan bölmesi üzre Azerbaycan dili, rus bölmesi üzre rus dili) fenlerinden son 4 sual açıq tipli test tapşırıqlarıdır.

 

İmtahan vermiş abituriyentlerin cavab kartlarının emalı başa çatdıqdan sonra neticeler ve her bir abituriyentin cavab kartının qrafik tesviri TQDK-nın internet saytında yerleşdirilecek. Abituriyentler imtahan neticeleri barede melumatı hemçinin mobil telefonla iş nömrelerini 7727  nömresine göndermekle öyrene bilecekler.

 

İmtahanda 29582 abituriyentin iştirakı nezerde tutulur. Onlardan 15835 abituriyent II qrup üzre, 13747 abituriyent III qrup üzre imtahan verecek.

Abituriyentlerden 26829 neferi (II qrup üzre 14052 nefer, III qrup üzre 12777 nefer) Azerbaycan bölmesinin, 2753 neferi (II qrup üzre 1783 nefer, III qrup üzre 970 nefer) ise rus bölmesinin mezunudur.  Abituriyentlerin 13251 neferi (II qrup üzre 9842 nefer, III qrup üzre 3409 nefer) oğlanlar, 16331  neferi (II qrup üzre 5993 nefer, III qrup üzre 10338 nefer) ise qızlardır. 28163 nefer orta ümumtehsil mekteblerinin, 19 nefer ali tehsil müessiselerinin, 1400 nefer ise orta ixtisas tehsili müessiselerinin mezunudur. 186 abituriyent  xarici ölkelerin vetendaşıdır. En yaşlı abituriyent 1978-ci ilden, en genci ise 2000-ci ildendir.

İmtahanların idare olunmasına 218 imtahan rehberi ve orta ümumtehsil müessiselerinden 2491 nezaretçi-müellim celb olunacaq.

 

Bütün qruplar üzre müsabiqede iştirak hüququ qazanan abituriyentlerin (hem evvelki, hem de cari ilin mezunları) ixtisas seçimi internet vasitesile iyulun 30-dan avqustun 11-dek aparılacaq.  

 

Qeyd edek ki, imtahan başa çatdıqdan derhal sonra müsteqil ekspertler terefinden test suallarının ekspertizası aparılacaq. Hemin gün «Space» telekanalında saat 16:30-da canlı yayımlanan “Abituriyent” verilişinde TQDK-nın mesul emekdaşları ve ekspertler terefinden imtahanda istifade olunmuş sualların düzgün cavabları ve test tapşırıqları ile bağlı geniş izahat verilecek. İmtahanda istifade olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında ve “Facebook” sehifesinde yerleşdirilecek.

 


Oxunub 306 defe