Xəbərlər ::

HADİSƏ :: Elövset Eliyevin cinayet işi ayrıca icraata verilib

25-07-2015 11:12

Azerbaycan Miqrasiya Merkezinin sedri Elövset Eliyevin cinayet işi üzre hazırda istintaq gedir.

 

Bu barede APA-ya vekil Sefer Hüseynov melumat verib.

 

O bildirib ki, Elövset Eliyev, Gülnare Şekinskaya ve onun qardaşı Ferid Usubov gizlendikleri üçün onların barelerinde axtarış elan edilib.

 

Vekil qeyd edib ki, hemin şexslerin baresinde Cinayet Mecellesinin 178. 3.2- ci (külli miqdarda ziyan vurmaqla deleduzluq töretme) ve diger maddelerle cinayet işi başlanılıb ve ayrıca icraata verilib. Hazırda hemin iş üzre ibtidai istintaq davam etdirilir. Onların cinayet işi mehkemeye gönderilmeyib.

 

Hemin cinayet işi üzre diger teqsirlendirilen şexsler - Penah Dadaşov, Namiq Camalov, Raqub İsbendiyarov, Zeyneb Ceferova, Şefiqe Bağırova, Saçlı Hesenova, Pervin Dadaşov, Revane Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adem İsgenderov ve Ennab İsgenderovadır. Onların cinayet işi üzre ise hazırda Bakı Ağır Cinayetler Mehkemesinde mehkeme prosesi keçirilir.

 

Hemin şexsler Gülnare Şekinskayanın, elece de onun övladları - Hemide, Meryem, Nadiya ve Cevahir Şekinskayaların dövlet serhedini qanunsuz keçmelerine yardım edibler ve bu meqsedle cinayet elaqesine giribler. Bu meqsedle G.Şekinskaya keçmiş heyat yoldaşı Emin Şekinskinin evindeki demir seyfden 60 min manatı oğurlayıb.

 

Teqsirlendirilen şexsler Cinayet Mecellesinin 177.3.2 (oğurluq), 320.1 (resmi senedleri, dövlet teltiflerini, möhürleri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma ve ya saxta senedlerden istifade etme) ve 318.2-ci (Azerbaycan Respublikasının dövlet serhedini qanunsuz keçme) maddeleri ile ittiham olunurlar.


Oxunub 432 defe