Xəbərlər ::

SOSİAL :: İsrail ve Azerbaycan QHT-leri arasında memorandum imzalanıb

25-07-2015 11:21

Beynelxalq Avrasiya Metbuat Fondunun ofisinde İsrailin “Cemiyyet üçün beynelxalq layiheler” QHT-si ile Beynelxalq Avrasiya Metbuat Fondu arasında emekdaşlıq haqqında memorandum imzalanıb. Payiz.Az-ın melumatına göre, terefler Azerbaycan ve İsrail heqiqetlerinin dünya ictimaiyyetinin diqqetine çatdırılması zeruretini nezere alaraq, metbuat ve informasiya sahelerinde, elece de vetendaş cemiyyetinin inkişafı istiqametlerinde emekdaşlığın inkişaf etdirilmesi meqsedi ile birge fealiyyet gösterecekler.

 

Her iki teşkilat sosial-medeni tedbirler vasitesi ile , iki ölke jurnalistleri ve ictimai xadimleri arasında dostluq, qardaşlıq ve emekdaşlıq elaqelerinin daha da inkişaf etdirilmesini teşviq edecekler. Bununla yanaşı ölkelerinin iqtisadi, siyasi, medeni ve sosial heyatı ile daha yaxından tanış olmaq ve fikir mübadilesi aparmaq meqsedi ile kütlevi informasiya vasiteleri, vetendaş cemiyyeti nümayendelerinin qarşılıqlı seferlerini teşviq edecekler. İsrailin “Cemiyyet üçün beynelxalq layiheler” QHT-si ve BAMF Qarabağ münaqişesi heqiqetlerinin, Xocalı faciesinin İsrailde elece de diger inkişaf etmiş ölkelerde tebliğ olunması, tanınması istiqametinde proqramların hazırlanması, analitik yazıların derc olunması, Qarabağın tarixi, medeni, medeniyyetini eks etdiren tedbirlerin keçirilmesi, neşrlerin hazırlanması istiqametinde emekdaşlıq edecekler. Her iki teşkilat Azerbaycan ve Yehudi xalqlarının üzleşdiyi facielerin, heqiqetlerin dünya ictimaiyyetinin diqqetine çatdırmaqda, her iki ölkenin ağrılı meselelerinin gündemde saxlanılması istiqametinde fealiyyeti destekleyerek birge fealiyyet gösterecekler.


Oxunub 280 defe