Xəbərlər ::

SOSİAL :: Güneş kremleri: hansını seçmeli? - XÜSUSİ REPORTAJ

25-07-2015 11:51

İsti yay günlerinde her birimizin qaçıb getdiyi bir mekan var - deniz. Denizi çox sevirik ve bütün günümüzü burada keçirmeyi çox isteyirik. Amma mütexessisler bunu meslehet görmür. Onlar yalnız müeyyen olunmuş vaxtda denize gelmeyi tövsiye edir.
 
Kosmetoloq Nura Ezizi deyir ki, Güneşin pik vaxtları esasen saat 10-16 radelerindedir: "Bu saatlar erzinde insanlar açıq güneş şüaları altında qalarlarsa, deri qızarmalarına, deri yanmalarına getirib çıxara biler. Meslehetim budur ki, saat 10-dan daha tez ve 16-dan daha gec açıq güneş şüalarında qalsınlar". 
 
Güneş şüasının bir çox effektiv yönleri olsa da, menfi fesadları da var. Denize getmezden evvel mütleq deriye güneşden qoruyucu kremler çekmek lazımdır. Onun sözlerine göre, bu kremleri deriye saat yarım (1-30 deqiqe) evvel  çekmek lazımdır. Bes denize gedenler buna emel edirlermi?
 
- Deniz kremlerinden istifade edirem, hal-hazırda adlarını bilmirem.
 
- Beden kremlerinden istifade elemirem. Xoşum gelmir kremlerden. Bir defe yandırmışdı üzümü. Çekmek lazımdır. Men de herdenbir istifade edirem deniz kreminden. Öz ölkemde krem istifade edirem, amma burda lazım deyil. Dünen getdim denize, kreme ehtiyac yox idi. Çıxanda zaten kremli idim.
 
- Deniz kremlerinden istifade elemirem. Bizim o derecede tecrübemiz yoxdur ki, gedek krem alaq. Heç ele insan var ki, denize gedende deniz geyimini aparmır. Nece geldi, çimir.
 
Kosmetoloq deyir ki, güneş şüalarına çıxmazdan önce her kes mütleq en az 15 faiz "SB Faktor"dan istifade etmelidir: "Men en az 15 faiz deyirem, amma bu 50, 60, 70 80 qeder olmalıdır. Düzgün istifade edilmeyen "SB Faktor"lar bir çox deri xesteliklerine, qadınlarda hetta deri xerçengine getirib çıxara biler. Tek "SB Faktor"dan istifade etmek yeterli deyil. "SB Faktor"u istifade etdikden sonra mütleq deri nemlenmelidir. Eger deri nemlenmese, deride bir çox quruma, qırışıqlar, lekeler, allergik reaksiyalar yarana biler".
 
Kosmetoloqun sözlerine göre, deriye çekilmiş güneş kremi bir saatdan bir yenilenmelidir. Çünki su bedene nüfuz etdikde, krem deriden temizlenir. Elave edib ki, "SB Faktor"dan sonra mütleq deri nemlenmelidir. Eger deri nemlenmese, allergik reaksiyaların olması qaçılmazdır: "Ola biler ki, bir çox insanlarda açıq havada qaldıqdan sonra deride yanmalar olur. Eve geldikde deri suluqlanır, qabıq qoyur deri. Buna göre mütleq uşaq derisi üçün nezerde tutulmuş, kremlerden istifade etmek lazımdır. Çox quruma varsa adi evde istifade edilen yaşıl çayın demi ile de bedeni silmek olar".
 
Müsahibimizin dediyine göre, qara derili insanlarda yanma riski daha azdır. Ancaq açıq derili şexslerde bu özünü daha qabarıq gösterir: "Bele ki, saçları sarı, gözleri mavi, yaşıl, derileri daha beyaz olan insanlarda yanma riski daha çoxdur. Bronzlaşma riski azdır, amma yanma riski çoxdur. Yeni bu insanlarda  çiller meydana çıxa biler. Xallar böyüye, daha sonra lekeler yarana biler. Bir de xanımların düzgün riayet etmediyi esas nüanslardan biri de yay feslinde açıq havada kosmetikadan istifade etmekdir. Men bunu qeti olaraq meslehet görmürem. Neye göre? Çünki kosmetikadan istifade etdikde, güneş şüaları deriye nüfuz edir, qalıcı lekeler yarana biler. Bunun da kosmetoloji ve dermatoloji yollarla müalicesi çox çetindir".
 
Kosmetoloq onu da deyir ki, denize gederken mütleq güneş eyneklerinden istifade etmek lazımdır.


Oxunub 489 defe