Xəbərlər ::

SOSİAL :: İsmayıllıda emek yarmarkası keçirilib

25-07-2015 12:38

Emek ve Ehalinin Sosial Müdafiesi Nazirliyi (EESMN) yanında Dövlet Meşğulluq Xidmeti terefinden İsmayıllı rayonunda işegötürenlerin iştirakı ile emek yarmarkası keçirilib. Nazirliyin İctimaiyyetle elaqeler şöbesinden Payiz.Az-a verilen melumata göre, emek ve ehalinin sosial müdafiesi nazirinin müavini Metin Kerimlinin, İsmayıllı rayon İcra Hakimiyyetinin başçısı Mirdamed Sadıqovun iştirak etdiyi tedbirde ölkemizde davamlı makroiqtisadi inkişaf ve iqtisadiyyatın şaxelendirilmesinin, çoxsaylı yeni iş yerlerinin açılmasının emek bazarının inkişafına, ehalinin meşğulluq imkanlarının artmasına şerait yaratdığı vurğulanıb. Bildirilib ki, bu imkanlardan maksimum istifade olunmaqla dövlet meşğulluq strategiyasının uğurlu icrası, işaxtaran ve işsiz vetendaşların iş yeri ile temin edilmesi istiqametinde respublikanın paytaxtında ve bölgelerinde aktiv meşğuluq tedbirleri heyata keçirilir. Müsbet haldır ki, keçirilen bu tedbirlerde işegötürenler getdikce daha feal iştirak edirler.

 

2015-ci ilde de ölkemizin 55 rayon ve şeherinde emek yarmarkalarının teşkil olunması nezerde tutulub. Cari ilin birinci yarımilinde artıq 11 şeher ve rayonda bu yarmarkalar keçirilib ki, hemin tedbirler neticesinde 650 nefer münasib işlerle temin olunub. Bu müddetde meşğulluq xidmeti orqanları terefinden münasib işle temin olunanların sayı ise ümumilikde 13,7 min nefer teşkil edib. Habele “Emek Birjaları” terefinden 1480 nefer müveqqeti xarakterli  işlere gönderilib. İşaxtaran ve işsiz vetendaşların emek qabiliyyetlerinin emek bazarının teleblerine uyğunlaşdırılması yönünde de tedbirler davam etdirilir ve son 6 ayda 1800 nefer bele şexs Dövlet Meşğulluq Xidmeti terefinden peşe hazırlığı ve elave tehsil kurslarına celb edilib.

 

Qeyd olunub ki, İsmayıllı rayonunda cari ilde artıq ikinci defedir ki, emek yarmarkası teşkil olunur ve esas meqsed rayon erazisinde fealiyyet gösteren idare, müessise ve teşkilatlarda olan mövcud boş (vakant) iş yerlerini işaxtaran ve işsiz vetendaşlara teqdim etmek, onların semereli meşğulluğuna nail olmaqdır.

 

Sonra M. Sadıqov ve M. Kerimli yarmarkanın teşkilatı veziyyeti, teqdim olunan vakansiyalarla tanış olub, tedbir iştirakçılarının, habele işegötürenlerin bele tedbirlerin teşkili ile bağlı rey ve fikirlerini öyrenibler.

 

Yarmarkada işsiz ve işaxtaran vetendaşlara İsmayıllı rayonunda fealiyyet gösteren dövlet ve qeyri-dövlet sektoruna aid 100-den çox müessise üzre 420-den çox boş iş yeri teqdim edilib. Onların arasında sosial müdafieye xüsusi ehtiyacı olan ve işe düzelmekde çetinlik çeken şexsler üçün qanunvericiliye uyğun şekilde müeyyen olunmuş kvota üzre iş yerleri de olub. Tedbir zamanı boş iş yerlerine gönderişler verilmekle yanaşı, emek bazarının teleblerine uyğun peşeler üzre peşe hazırlığı ve elave tehsil kurslarına, haqqı ödenilen ictimai işlere celb edilmek isteyen şexslerin qeydiyyatı da aparılıb.


Oxunub 432 defe