Xəbərlər ::

SİYASƏT :: "Dağlıq Qarabağ etrafındakı erazilerin qaytarılması nizamlanmanın elementi olmalıdır"

20-07-2015 21:28

Dağlıq Qarabağ etrafındakı erazilerin qaytarılması herterefli nizamlanmanın elementlerinden biri olmalıdır. APA-nın “NEWS.am”a istinaden verdiyi xebere göre, bu barede   İrevanda seferde olan Minsk Qrupunun amerikalı hemsedri Ceyms Uorlik keçirdiyi metbuat konfransında bildirib.

 

“Vedomosti” neşrine müsahibesini şerh eden amerikalı hemsedr qeyd edib ki, herterefli nizamlanmanın elementlerinden biri Dağlıq Qarabağ etrafındakı erazilerin qaytarılması olmalıdır: “Bu danışıqların bir bendi, elementidir”, deye Uorlik bildirib.

 

Onun sözlerine göre, herterefli nizamlanma Dağlıq Qarabağın statusu meselesini ehate etmelidir.

 

Qeyd edek ki, ATET-in Minsk qrupunun amerikalı hemsedri Ceyms Uorlik bir neçe gün evvel   “Vedomosti”ye müsahibesinde bildirib ki, tehlükesizlik teminatı Qarabağ nizamlanmasının elementi olmalıdır. Hemsedr qeyd edib ki, buraya beynelxalq sülhmeramlı qüvvelerin yeridilmesi meselesi daxildir: “Torpaqlar qaytarılarsa, Dağlıq Qarabağın tehlükesizliyini temin etmek üçün bölgeye beynelxalq sülhmeramlı qüvveleri yeritmek lazım olacaq”, - deye o vurğulayıb.

 

Helelik sülhmeramlı qüvvelerin formalaşdırılması merhelesine gelinmediyini deyen hemsedr sülhmeramlı kontingentin ATET, yaxud BMT himayesi altında olacağını münaqişe tereflerinin müeyyenleşdireceyini ve bunun müzakire predmeti olacağını bildirib.  

 

Nizamlanma prosesinin prinsip ve elementlerine geldikde ise C. Uorlik bildirib ki, onların ekseriyyeti danışıqların Rusiyanın sabiq prezidenti Dmitri Medvedevin himayesi altında aparıldığı dönemde müeyyen edilib: “Söhbet o vaxt görülen işin davamından gedir. Biz yeni meseleleri ve yeni yanaşmaları icad etmeye çalışmırıq. Diskussiyanı o vaxt elde olunanların esasında davam etdirmeye çalışırıq. Bura bir sıra vacib meseleler daxildir. Onların arasında Dağlıq Qarabağ etrafındakı erazilerin qaytarılması, Dağlıq Qarabağın statusu, qaçqınlarla bağlı durum ve tehlükesizlik teminatı kimi meseleler var. Biz bu meseleleri kompleks şekilde nezerden keçiririk”.


Oxunub 221 defe