Xəbərlər ::

SOSİAL :: Akademik Tofiq Hacıyev: "Sese-küye salırlar ki, niye dostlarımın adını çekmişem"

25-07-2015 14:00

Akademik Tofiq Hacıyev AMEA Nesimi adına Dilçilik İnstitutunun direktoru vezifesinden istefa vermesine aydınlıq getirib.

 

T. Hacıyev APA-ya açıqlamasında bildirib ki, emek intizamını pozduğuna göre 2008-ci ilden heç bir elmi meqalesi çap olunmayan iki böyük elmi işçini işden çıxarıb.

 

Akademikin sözlerine göre, hemin böyük elmi işçilerin emek intizamını pozması haqqında şöbe müdirleri ona teqdimat yazıblar: “Men komissiya teşkil etdim. Komissiya onların elmi fealiyyetini, işe davamiyyetini yoxladı. Neticesini Elmi Şurada müzakire etmişik. Elmi Şuradakı çıxışları ve Komissiyanın verdiyi melumata esasen onları işden azad etmişem. İstenilen adam gelib bunu yoxlaya biler. Görünür, onlar da buna göre menim haqqımda ora-bura şikayet erizesi yazıblar. Netice de bu oldu ki, istefa vermek qerarına geldim".

 

T. Hacıyev qeyd edib ki, bu yaxınlarda 4 dilde çap olunan “Azerbaycan dilinin Naxçıvan dialektoloji atlası”nda etnik fizioloji tekamülle bağlı insan adı çekdiyine göre de ittiham olunur: “Öz dostlarım olan insanların birinin Oğuz, birinin Qıpçaq fizioloji quruluşunda olduğunu demişem. Bunu sese-küye salırlar ki, niye dostlarımın adını çekmişem. Bunların heç birini sensasiya hesab etmirem. Bu menim elmi-tedqiqatımdır. “Azerbaycan dilinin Naxçıvan dialektoloji atlası”nı alqışlamaq evezine, bu cür kampaniya aparırlar. Bunlar hamısı boş ve ara söhbetleridir”.

 

Qeyd edek ki, AMEA Nesimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev tutduğu vezifeden istefa verib. T. Hacıyevin yerine Füzuli adına Elyazmalar İnstitutunun elmi işçisi, professor Möhsün Nağısoylu teyin edilib.


Oxunub 274 defe