Xəbərlər ::

SOSİAL :: Ulduzların gündüzler de göründüyü resedxanadan XÜSUSİ REPORTAJ

25-07-2015 15:01

Azerbaycanın regionlarını qarış-qarış gezen APA TV bu defe Şamaxıdadır. Hazırda biz deniz seviyyesinden 1500 metr hündürlükde yerleşen Şamaxı Astrofizika Resedxanasındayıq. Süjet boyu esası 1960-cı ilde qoyulan resedxananın hazırkı fealiyyeti, burada quraşdırılan yeni cihaz ve qurğular barede melumat vereceyik. Gece saatlarında ise teleskoplar vasitesile qalaktikanı seyr edeceyik.
   
Resedxana ile tanışlığa buranın tarixinden başladıq. 1959-cu ilde Astrofizika Sektoru ve onun Pirqulu Astronomiya Stansiyasının esasında Azerbaycan SSR Nazirler Sovetinin qerarı ile yaradılan resedxana 1960-cı ilden müsteqil elmi-tedqiqat institutu kimi Azerbaycan Elmler Akademiyasının strukturuna daxil edilir.
 
Dünyanın en böyük resedxanalarından biri müasir dövrün prioritet problemleri ile uzlaşdırılmış elmi proqram esasında fealiyyet gösteren bu resedxanada sema cisimlerinin tedqiqi kimi aktual fundamental meseleler araşdırılır. Eyni zamanda burada seysmik proseslerin proqnozu, kosmik mühitin, güneş ve geomaqnit feallığının yerüstü texnoloji sistemlerin fealiyyetine, insan da daxil olmaqla, bioloji orqanizmlere tesiri öyrenilir.
 
Resedxananın direktoru Namiq Celilov deyir ki, çetin müşahide edilen Cenub göyünün öyrenilmesinde dünyanın bir çox resedxanaları ile müqayisede bura müeyyen üstünlüklere malikdir. Burada aydın gecelerin sayı 190-200-e çatır. Başqa sözle desek, minden artıq dünya resedxanası arasında Şamaxı resedxanası öz teleskoplarının sayına, çeşidine, gücüne ve bir sıra parametrlere göre en önemli yerlerden birini tutur.
 
Şamaxı Astrofizika Resedxanasının direktoru Namiq Celilov deyir ki, burada üç esas istiqametde elmi işler görülür: "Ulduzlar fizikası, Güneş sistemi cisimlerinin dinamikası ve fizikası, Güneş fizikası. Güneş fizikası sahesinde esas elmi neticeler Güneş alışmalarının inkişafı, maqnit sahesi ve Güneş atmosferinin ince quruluş elaqeleri üzre elde olunub".
 
1966-cı ilde burada 2 metrlik teleskop quraşdırılıb ki, bu da 3 müxtelif optik sistemi özünde birleşdirir ve esasen spektral müşahideler üçün nezerde tutulub.
 
Havanın tutqun olması sebebinden biz yalnız bir neçe en iri planetleri göre bildik. Onlardan en aydın seçileni ise Saturn planeti ve onun etrafında olan peykler oldu.
 
Resedxanada olduğumuz müddetde onu da öyrendik ki, elde olunmuş elmi neticeler esasında bir sıra kiçik planetlere, Marsda ve Ayda bir neçe kratere Azerbaycan mütefekkirlerinin, elm ve medeniyyet xadimlerinin adları verilib.
 
Resedxanada tekce teleskop vasitesile sema cisimlerinin müşahideleri aparılmır. Eyni zamanda burada quraşdırılan foto-qurğular vasitesile sema cisimlerinin fotosureti çekilir. Daha sonra elde edilen fotolar vasitesile daha aydın şekilde tedqiqat aparılması mümkün olur.
 
Şamaxı Astrofizika Resedxanasının maddi-texniki bazasının güclendirilmesi ve esaslı temir-tikinti işlerinin aparılması meqsedile Azerbaycan Respublikasının 2008-ci ilin dövlet büdcesinde nezerde tutulmuş Azerbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat vesait ayrılıb. Resedxananın direktoru deyir ki, bu serencamdan sonra resedxananın heyatında yeni elametdar merhele başlanıb. Netice etibarile Şamaxı Astrofizika Resedxanasının maddi-texniki bazasının möhkemlendirilib, esaslı temir ve yenidenqurma işleri aparılıb, yeni binalar ve qurğular işe salınıb.
 
Resedxananın foyesinde xüsusi bir kiçik muzey de bura gelenlerin diqqetini çekir. Burada vaxtile resedxanada istifade edilib indi ise tarixe qovuşan cihazlar, xüsusi müşahide qurğuları hetta 1959-cu ilin noyabrın 24 de Yardımlı rayonuna düşen meteorit de nümayiş edilir. Çekisi 127 kq olan meteoritin terkibi demir, nikel ve kobalt qarışığıdır. Ölçüsü o qederde kiçik deyil, lakin, çekisi ağır olduğundan onu olduğu yerden qaldırmaq mümkün deyil.     
 
Namiq Celilovun sözlerine göre, dövlet başçısının serencamlarından sonra resedxananın baş korpusu esaslı temir edilib: "Binanın dam örtüyü yenileşdirilib, su, elektrik, siqnalizasiya, telefon ve internet xetleri çekilişi, daxili divarlara alçipan, xarici divarlara alkapon örtüklerin çekilişi başa çatdırılıb. Baş korpusun istilikle temin edilmesi meqsedile qazanxana ve resedxananın girişinde keçid menteqesi tikilib, resedxananın etrafına hasar çekilib".
 
Ümumilikde Şamaxı Astrofizika Resedxanasında 6 teleskop mövcuddur. Bunlardan ikisi Güneşi müşahide etmek üçün istifade edilir. Diger 4 teleskop vasitesile ise sema cisimlerini - planetleri, ulduzları ve peykleri görmek mümkündür.


Oxunub 462 defe