Xəbərlər ::

SİYASƏT :: Eflatun Amaşov jurnalistlere müraciet etdi

25-07-2015 15:10

“Dünenden etibaren Ermenistan ve Azerbaycan qoşunlarının temas xettinde intensiv döyüşlerin getdiyine dair xeberler yayılmaqdadır.

 

Cemiyyetin cebhede vaş verenlere marağının böyük olması tebiidir. Medianın da buna adekvat fealiyyet göstermek isteyi qebul edilendir. Ancaq cemiyyetin cebhe xeberlerine hessaslığını nezere alsaq, mövzuya tam peşekar şekilde yanaşılması mütleqdir”.

 

APA-nın xeberine göre, bunu Metbuat Şurasının sedri Eflatun Amaşov "Facebook" sehifesinde yazıb.

 

E. Amaşov bildirib ki, Metbuat Şurası öten ilin avqustunda ateşkes rejiminin kütlevi pozulması müşahide edilerken de mesele barede mövqeyini açıqlayıb: “Qurum bele qenaetdedir ki, cebhede baş verenlerin ictimaiyyete çatdırılmasında medianın operativliyi ne qeder vacibdirse, onun deqiqliyi ve obyektivliyi bir o qeder zeruridir. Hessas fealiyyet jurnalistin tekce peşe etikasına riayyet etmesi deyil, eyni zamanda onun Azerbaycan Respublikasının qanunvericiliyi ile ziddiyyet teşkil ede bilmesi mümkün olan meqamlardan uzaq durmasıdır. Her iki halda o, cemiyyetin menafe ve maraqlarının keşiyinde dayanır ve sengerdeki esgerden heç de az iş görmür”. 
 

Şura sedri Azerbaycan mediasının özünütenzimleme qurumu olan Metbuat Şurasının sedri kimi cebheden xeberler yayan jurnalistleri, hemçinin ayrı-ayrı kütlevi informasiya vasitelerini, o cümleden xeber saytlarını bir daha hessas olmağa çağırıb: “Düşünürem ki, onların hessas münasibeti ilk növbede peşekarlıqlarını ortaya qoyacaq. Hazırkı durumda bele fealiyyetin yolu faktları müvafiq dövlet qurumu – Azerbaycan Respublikasının Müdafie Nazirliyi ile deqiqleşdirmekden, resmi tesdiqi olmayan melumatları yaymamaqdan keçir. Unutmayaq ki, mahiyyetinin pozitivliyi ve neqativliyinden asılı olmayaraq dövriyyeye buraxılan melumatların Azerbaycanın milli maraqları ile ziddiyyet teşkil etmesi mümkündür”.


Oxunub 293 defe