Xəbərlər ::

SOSİAL :: II ve III ixtisas qrupları üzre qebul imtahanı başa çatdı

25-07-2015 15:13

Telebe Qebulu üzre Dövlet Komissiyası (TQDK) bu gün ali tehsil müessiselerine qebul olmaq isteyen cari ilin mezunları üçün II ve III ixtisas qrupları üzre qebul imtahanı keçirib.

 

TQDK-nın metbuat xidmetinden APA-ya verilen xebere göre, imtahan respublikanın 11 şeherinde - Bakı, Naxçıvan, Gence, Sumqayıt, Mingeçevir, Şeki, Ağcabedi, Göyçay, Şirvan, Lenkeran ve Xaçmaz şeherlerinde ümumilikde 56 binada aparılıb.

 

İmtahan saat 11-de başlanıb ve 3 saat davam edib. İmtahan prosesinin idare olunması üçün Komissiyada operativ qerargah fealiyyet gösterib, müntezem olaraq imtahanın keçirildiyi bütün binalarla elaqe saxlanılıb ve imtahan prosesinin gedişi nezaretde olub.

 

Bütün binalarda imtahan telimata uyğun şekilde keçirilib, abituriyentlerin öz bilik seviyyelerini nümayiş etdirmeleri üçün zeruri şerait yaradılıb. Hazırda TQDK-da müsteqil ekspertler terefinden imtahanda abituriyentlere teqdim olunmuş test tapşırıqlarının ekspertizası aparılır. Bu gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişinde TQDK-nın mesul emekdaşları ve ekspertler terefinden imtahanda istifade olunmuş sualların düzgün cavabları ve test tapşırıqları ile bağlı geniş izahat verilecek.

 

İmtahanda istifade olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında ve facebook sehifesinde yerleşdirilecek. İmtahan vermiş abituriyentlerin cavab kartlarının emalı başa çatdıqdan sonra neticeler ve her bir abituriyentin cavab kartının qrafik tesviri TQDK-nın internet saytında yerleşdirilecek. Abituriyentler imtahan neticeleri barede melumatı hemçinin mobil telefonla iş nömrelerini 7727 nömresine göndermekle öyrene bilecekler.


Oxunub 362 defe