News ::

HADİSƏ :: Şamaxıda ağır qeza:1 ölü, 3 yaralı

25-07-2015 20:06

Şamaxı rayonunda 1 neferin ölümü, 3 neferin xesaret alması ile neticelenen yol qezası baş verib.

 

APA-nın yerli bürosunun xeberine göre, hadise Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu erazisinden keçen hissesinde qeyde alınıb. Bele ki, Qebele rayonu Vendam qesebe sakini, 1970-ci il tevellüdlü Ramik Memmedovun idare etdiyi avtomobil yolun ortasındakı dairevi yol ötürücüsüne çırpılıb. Hadise zamanı sürücü ve sernişinler, Qebele sakinleri 1966- cı il tevellüdlü Leyla Ağayeva, onun heyat yoldaşı 1964-cü il tevellüdlü Edalet Bağırov müxtelif beden xesaretleri ile Şamaxı rayon Merkezi Xestexanasına yerleşdirilib. Hadise zamanı ağır beden xesareti alan 1973-cü il tevellüdlü Elnare Bağırova xestexanaya aparılarken yolda dünyasını deyişib. Sernişinlerin sözlerine göre hadiseye sebeb sürücünün sükan arxasında qefleten yuxuya getmesi olub.

      

Faktla bağlı Baş Dövlet Yol Polisi İdaresinin İstintaq ve tehqiqat şöbesi terefinden araşdırma aparılır.


Views 379 times