Xəbərlər ::

MƏDƏNİYYƏT :: Qebele VII Beynelxalq Musiqi Festivalının açılış merasimi oldu

25-07-2015 23:00

APA-nın yerli bürosunun xeberine göre Qebele şeherindeki Heyder Eliyev adına Konqres Merkezinin qarşısındakı parkda keçirilen merasimde evvelce Azerbaycanda musiqi medeniyyetinin inkişafı ve tebliğinde müstesna rol oynayan Heyder Eliyev Fondunun prezidenti, UNESCO-nun ve İSESCO-nun xoşmeramlı sefiri Mehriban xanım Eliyevanın festival iştirakçılarına ünvanladığı tebrik mektubu oxunub.

 

Mektubda deyilir: “Eziz dostlar! Qebele Beynelxalq Musiqi Festivalı yeniden öz qapılarını iştirakçılarının ve qonaqlarının üzüne açır. Bizim festival Azerbaycanın en gözel guşelerinden biri olan Qebelede keçirilir. Bu gün qala divarlarının ve mebedlerin qalıqları bu şeherin qedim zamanlarda efsanevi dövletin-Qafqaz Albaniyasının paytaxtı olduğunu xatırladır. Mehz Qafqaz Albaniyası dövründen tolerantlıq enenelerinin qorunub saxlanıldığı, müxtelif xalq ve dinlerin nümayendelerinin esrler boyu sülh içinde yaşadığı, medeniyyet ve sivilizasiyalararası dialoqun teşviqi ve inkişafına daim öz töhfesini veren Azerbaycan son iller beynelxalq musiqi ve incesenet festivallarının, konfrans ve sergilerin, idman yarışlarının keçirildiyi mekan kimi tanınmaqdadır. Ferehlendirici haldır ki, iyun ayında ilk defe olaraq keçirilen Avropa Oyunlarına ev sahibliyini mehz Azerbaycan etmişdir. Azerbaycan birinci Avropa Oyunlarının açılış merasiminde tarixini, medeniyyetini, musiqisini, müasirliyini dünyaya teqdim ede bildi. Açılış merasiminde Azerbaycanın dahi bestekarları Üzeyir Hacıbeylinin, Qara Qarayevin, Fikret Emirovun eserleri seslenerek Azerbaycan musiqisini bütün dünyada bir daha tanıdaraq, möhteşemliyini növbeti defe vurğuladı. 2009-cu ilde Qebelede musiqi festivalının keçirilmesi ile milli musiqi medeniyyeti tarixinde yeni enenenin temeli qoyuldu. Beynelxalq medeni elaqelerin genişlendirilmesi, zengin musiqi medeniyyetimizin dünya ictimaiyyetine çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma ve dostluğun möhkemlendirilmesi işine xidmet eden bu festival artıq gözel bir eneneye çevrilerek öz beynelxalq nüfuzunu ilden-ile artırır. Qebele bütün musiqiçilerin, tamaşaçıların, senetseverlerin tanınmış ve sevimli görüş yerine çevrilmişdir. Festival Azerbaycanın ve bütün Cenubi Qafqazın medeni heyatında mühüm hadiseye çevrilmişdir. Dünyanın bir çox ölkesinden çoxsaylı musiqiçilerin iştirak etdiyi bu dostluq ve musiqi bayramı medeni irsimizin zengin enenelerinin qorunub saxlanılması ile yanaşı müxtelif ölkeleri temsil eden musiqiçilere ünsiyyet ve emekdaşlıq üçün elverişli şerait yaradaraq, medeniyyetlerarası dialoqun möhkemlendirilmesine öz töhvesini verir. Eminem ki, indiki festival serhed ve reqabet tanımayan musiqi dünyasında bize gözel birlik hissi bexş edecek daha bir bayrama çevrilecekdir. Bütün iştirakçılara ve qonaqlara uğurlar ve festivalımızın heyranedici mühitinde xoş ünsiyyet arzulayıram”.

     

Sonra medeniyyet ve turizm naziri Ebülfes Qarayev, festivalın bedii rehberi, Üzeyir Hacıbeyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Ferhad Bedelbeyli çıxış ederek bu möhteşem musiqi bayramında iştirak etmek üçün dünyanın müxtelif yerlerinden ölkemize gelmiş bütün qonaqları, istedadlı ifaçıları, musiqiçileri Heyder Eliyev Fondunun prezidenti, UNESCO-nun ve İSESCO-nun xoşmeramlı sefiri, Milli Meclisin deputatı Mehriban xanım Eliyevanın adından salamlayıblar. Bildiribler ki, Azerbaycan medeniyyetinin tebliğine xidmet eden bu festival hem de ölkemizin musiqi enenelerinin dünyada tanıdılması üçün bir vasitedir.

     

Çıxışlardan sonra İtaliya Simfonik Orkestrinin möhteşem konserti olub.     

 

İyulun 31-dek davam edecek VII Beynelxalq Musiqi Festivalında Azerbaycandan ve xarici ölkelerden görkemli musiqiçiler, bedii kollektivler, solistler, dirijorlar iştirak edecekler.  


Oxunub 308 defe