Xəbərlər ::

DÜNYA :: Rusiyada 10 milyardlıq xezine tapıldı

26-07-2015 00:22

Rusiyanın Kalininqrad vilayetinde 1-ci dünya müharibesi dövründen qalmış milyardlarla Almaniya markası olan xezine aşkar edilib.

 

Payiz.Az-ın “azertac”-a istinaden melumatına göre, könüllüler qrupu terefinden evvelce metal yeşik tapılıb ve sonradan müeyyen olunub ki, içindeki 10 milyardlıq marka esginasları Veymar Respublikasi dövrüne aiddir.

 

Qusev şeherinin Tarix Muzeyi mütexessisleri ve administrasiya rehberliyinin iştirakı ile açılan qutuda kağız esginaslarla yanaşı, metal 50 “pfenniq” qepikler, elyazma mektublar, o cümleden Almaniya ve Şerqi Prussiyanın vetenperverlik qezetleri de olub.

 

Xatırladaq ki, Veymar Demokratik-Burjua Respublikası 1918-ci ilde noyabr inqilabı neticesinde qurulub ve respublika 1919-cu ilden 1933-cü iledek mövcud olub. Kalininqrad vilayeti ise Rusiyada yegane yerdir ki, tarixi Şerqi Prussiya erazisinde yerleşir ve 1-ci dünya savaşı zamanı burada minlerle herbiçi defn edilib.


Oxunub 413 defe