Xəbərlər ::

HADİSƏ :: Lenkeranda zencirvari qeza: 4 yaralı

20-07-2015 22:33

Lenkeranda 4 neferin müxtelif dereceli beden xesaretleri alması ile neticelenen zencirvari yol-neqliyyat qezası baş verib. APA-nın cenub bürosunun melumatına göre, hadise iyulun 20-de saat 18. 00 radelerinde Elet-Astara magistralının 202-ci kilometrliyinde, yolun rayonun Şilavar kendinden keçen hissesinde qeyde alınıb. Astara rayonundan Lenkeran rayonu istiqametine hereket eden “KamAZ” markalı yük maşını şoseye çıxarken yolu keçmek isteyen  sernişin avtobusu ile toqquşub. Güclü zerbeden idareetmeni itiren “KamAZ” daha  sonra yolun kenarında dayanmış iki minik avtomobiline çırpılıb.  

 

Qeza neticesinde her dörd neqliyyat vasitesine xeyli ziyan deymekle yanaşı, avtobusun  4 sernişini müxtelif dereceli beden xesaretleri alıb. Lenkeran Merkezi Rayon Xestexanasında onlara müvafiq tibbi yardım gösterildikden sonra ambulator müaliceye celb olunublar.

 

Faktla bağlı araşdırma aparılır.  


Oxunub 322 defe