Xəbərlər ::

DÜNYA :: Qalmaqallı rusiyalı milyonçu Dağlıq Qarabağa döndü

21-07-2015 01:43

Rusiyalı sahibkar German Sterliqov Rusiyanı terk edib ve hazırda Azerbaycanın Ermenistan terefinden işğal olunmuş Dağlıq Qarabağ bölgesindedir. APA-nın melumatına göre, bu barede “TASS”a Sterliqovun vekili Artur Ayrapetov bildirib.  

Onun sözlerine göre, Sterliqov heç bir manee ile üzleşmeden Rusiyanı terk edib ve hazırda ailesi ile birlikde Şuşa şeherindedir.

 

Vekil qeyd edib ki,  German Sterliqov iyulun 17-den beri bir neçe defe prokurorluğa ve mehkeme orqanlarına müraciet edib, lakin ne istintaq, nede de hüquq-mühafize yaxud mehkeme orqanları terefinden ona heç bir iddia ireli sürülmeyib.   

 

Qeyd edek ki, öten hefte  German Sterliqov baresinde böhtan ittihamı üzre cinayet işinin başlanılması barede melumat yayılmşdı.  

 

Tanınmış rusiyalı sahibkar, fermer German Sterliqov bütün emlakını satışa qoyaraq ailesi ile birlikde qondarma “Dağlıq Qarabağ Respublikasına” köçüb. İyulun 16-da onun Rusiyaya qayıtdığı barede melumat yayılmışdı. 


Oxunub 334 defe