News ::

DÜNYA :: Moqerini tezlikle Tehrana sefer edecek

21-07-2015 01:57

Avropa diplomatiyasının rehberi Federika Moqerini yaxın zamanda Tehrana sefer etmek niyyetinde olduğunu beyan edib. APA-nın “RİA Novosti”ye istinaden verdiyi xebere göre,  Federika Moqerini bunu Aİ xarici işler üzre Şurasının iclasından sonra metbuat konfransında bildirib.  

 

“İranla sazişin icrası merhelesinde men, ali nümayende kimi, esas funksiyanı üzerimde saxlayacağam. Men birge komissiyanı elaqelendireceyem ve biz bu saziş çerçivesinde ilk addımları desteklemek üçün artıq işlemeye başlamışıq. Men tezlikle Tehrana sefer etmek niyyetindeyem”, deye Moqerini bildirib.   

 

Qeyd edek ki,  BMT Tehlükesizlik Şurası Tehran ve “altılıq” arasında İranın nüve proqramına dair elde olunan sazişi destekleyen qetname qebul edib.

 

Sened Tehranın üzerine götürdüyü öhdeliklerin icra olunduğu Atom Enerjisi üzre Beynelxalq Agentlik (AEBA) terefinden tesdiq edildikden  sonra  BMT Tehlükesizlik Şurasının xetti ile İrana qarşı tetbiq edilmiş sanksiyaların tam leğv olunmasını nezerde tutur.  

 

Senedde qeyd olunur ki,  BMT Tehlükesizlik Şurası İran meselesinin baxılmasını sazişin qüvveye minmesinden 10 il sonra dayandıracaq.  


Views 303 times