Xəbərlər ::

MƏDƏNİYYƏT :: Şekide II beynelxalq şirniyyat festivalı keçirilib

21-07-2015 02:41

Şekide ikinci beynelxalq enenevi şirniyyat festivalı keçirilib.

APA-nın Şeki-Zaqatala bürosunun melumatına göre,  Medeniyyet ve Turizm Nazirliyinin, Şeki Şeher İcra Hakimiyyetinin ve Azerbaycan Milli Kulinariya Assosiasiyasının birge teşkilatçılığı ile Şekide keçirilen ikinci beynelxalq enenevi şirniyyat festivalında  11 ölkeden – Türkiye, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyeti, Rumıniya, İndoneziya, Koreya, Fransa, Rusiya, Moldova ve Serbiyadan, hemçinin respublikamızın 21 şeher ve rayonundan gelmiş şirniyyatçılar iştirak edib.

 

Şeki Olimpiya İdman kompleksinin heyetinde keçirilen festivalda qennadıçıların evvelceden hazırladıqları müxtelif çeşidde şirniyyat nümuneleri nümayiş etdirilib.

 

Festivalın resmi açılış merasiminde bildirilib ki, böyük inkişaf yolu keçen Şeki xalqımızın metbex medeniyyetinin formalaşmasına helledici tesir gösterib. Qeyd olunub ki, Azerbaycanın enenevi şirniyyat senetinin merkezleri arasında Şeki xüsusi yer tutur. Şeki şirniyyatı özünün ela, leziz dadı ve geniş çeşidi ile ferqlenir. Azerbaycan Milli Kulinariya Merkezinin direktoru Tahir Emiraslanov bildirib ki, bele festivalların keçirilmesinde esas meqsed xalqımızın qeyri-maddi medeni irsinin qorunub saxlanmasına nail olmaqdır. Vurğulanıb ki, bu festival tekce Şekinin deyil, ölkemizin zengin metbex medeniyyetinin daha yaxından tanıdılmasında ehemiyyetli rol oynayacaq.

 

Festivalın sonunda münsifler heyetinin reyine esasen, respublikamızın temsilçileri arasında Gence şeherinin şirniyyatçıları birinci yeri tutublar. Şeki ve Zaqatala qennadıçıları ikinci, Ağdaş, Göyçay, Oğuz rayonları ve Naftalan şeherinin temsilçileri ise üçüncü yere layiq görülübler. İştirakçı ölkeler arasında Rumıniya, Qazaxıstan ve Fransa temsilçileri birinci yeri tutaraq festivalın qızıl medallarına ve Azerbaycan Milli Kulinariya Merkezinin kubokuna sahib çıxıblar.

 

Festivalın önceden anons edilmesini, yayımını heyata keçirdiyi üçün ve informasiya sponsoru olduğuna göre APA TV diplomla mükefatlandırılıb.

 

 Daha sonra Azerbaycan Milli Kulinariya Merkezi terefinden Şeki şeheri Azerbaycanın enenevi şirniyyat paytaxtı elan edilib ve bununla bağlı diplom şeher rehberliyine teqdim olunub.

Festivalda Şekinin musiqi kollektivleri rengareng konsert proqramı ile çıxış edibler.


Oxunub 400 defe