Xəbərlər ::

DÜNYA :: İran ve Almaniya emekdaşlığın esas istiqametlerini müeyyenleşdiribler

21-07-2015 05:48

İran ve Almaniya gelecek emekdaşlığın esas istiqametleri avtomobil istehsalı, neft-kimya, energetika ve etraf mühitin mühafizesi olacaq. APA-nın “TASS”a istinaden verdiyi xebere göre,  bu barede öten gün İranda seferde olan İran-Almaniya emekdaşlığına dair konfransda vitse-kansler, Almaniyanın iqtisadiyyat ve energetika naziri Ziqmar Qabriel  bildirib.

 

“Hazırda iki minden çox şirket İran-Almaniya Ticaret Palatasına üzvüdür. Bu geleceye yüksek potensialın olduğunu ve her iki terefin  faydalı iqtisadi elaqeleri inkişaf etdirmek niyyetinde olduğunu nümayiş etdirir”, deye o bildirib.    

 

Ziqmar Qabriel  qeyd edib ki, İran ve Almaniya arasında mal dövriyyesinin hecmi evveller  2,4 mlrd olub. Onun sözlerine göre, sanksiyaların leğvinden sonra bu gösterici iki defe artırıla biler.

 

Almaniyanın iqtisadiyyat ve energetika naziri qeyd edib ki, alman şirketleri İran bazarına tek öz mallarını satmaq üçün yox, hem de bir sıra sahelerin ve senaye müessiselerinin tekmilleşdirilmesi  meqsedi ile daxil olur. Bununla elaqedar nazir ölkesinin İranla müasir texnologiyalar ile bölüşmeye hazır olduğunu qeyd edib.   


Oxunub 321 defe