Xəbərlər ::

SİYASƏT :: Müdafie naziri:  “Ordumuz qısa müddetde şehidlerimizin qisasını almağa tam hazırdır”

19-07-2015 20:18

Müdafie naziri, general-polkovnik Zakir Hesenov cebheboyu rayonlarda yerleşen birlik, birleşme ve herbi hisselerin döyüş hazırlığını yoxlayıb.

 

 

APA-nın melumatına göre, Azerbaycan prezidenti, Silahlı Qüvvelerin Ali Baş Komandanı İlham Eliyevin tapşırığına esasen keçirilen yoxlamada müdafie naziri yüksek dağlıq şeraitde, ağır ve çetin relyefe malik bölgelerde düşmenle bilavasite temas xettinde döyüş növbetçiliyi aparan şexsi heyetle görüşüb, onların döyüş hazırlığı, teminatı, sosial-meişet şeraiti ve menevi-psixoloji veziyyeti ile maraqlanıb.

 

 

 “Bayram günlerinde ön xetde, sengerlerde yerleşen bölmelerin ziyaret olunması, şexsi heyetle görüşlerimiz artıq Müdafie Nazirliyinin rehber heyetinin en esas vezifelerinden birine çevrilib. Biz bu günlerde yüksek, sıldırım dağ zirvelerinde keşik çeken qehreman övladlarımızla görşüdük. Azerbaycan esgerinin düşmen erazilerini, mövqelerini, yaşayış menteqelerini daim nezaretde saxlamaqla istenilen anda qarşıya qoyulan döyüş tapşırığını yerine yetirmeye hazır olmasının şahidi olduq” deye nazir Hesenov qeyd edib.

 

 

Müdafie naziri bildirib ki, ön xetde olarken xidmet müddeti başa çatan, Silahlı Qüvvelerden terxis edilmeye hazırlaşan tecrübeli heqiqi herbi xidmet herbi qulluqçuların sengerlerde qalaraq xidmetlerini davam etdirmekde israr edibler: “Onların düşmeni işğal altındakı torpaqlardan qovmaq emrine hazır olduqlarını gördük. Bu, genclerimizin, ümumilikde xalqımızın döyüş ruhunun yüksek seviyyede olmasının bariz nümunesidir”.

 

 

Nazir qeyd edib ki, prezident İlham Eliyevin sedrliyi ile Nazirler Kabinetinin 2015-ci ilin birinci yarısının yekunlarına hesr olunan iclasda ordu quruculuğuna, Silahlı Qüvvelerimizin gücüne verilen yüksek qiymet onları ruhlandırır: ” Prezidentin “bir hefte erzinde Ermenistanda daş daş üstünde qalmaz” fikri en müasir silah-sursat, maddi-texniki teminata malik ordumuzun qarşıya qoyulan istenilen döyüş tapşırığını yerine yetirmek qüdretinde olan Azerbaycan esgerinin dünyanın güclü ordularının herbçileri sırasında olduğunu sübut edir. Xalqımız bilmelidir ki, düşmene müxtelif istiqametlerde zerbe endirerek böyük itkilere meruz qoyan, emeliyyat şeraitinde teşebbüse yiyelenen Azerbaycan esgeri sübut etdi ki, düşmenden her cehetden üstündür. Silahlı Qüvvelerimiz herbi güc tetbiq etmekle en esas ve müqeddes borcunu - işğal olunmuş torpaqlarımızı düşmen tapdağından azad etmeye hazırdır. Silahlı Qüvvelerimiz gece-gündüz telim merkezlerinde, sehra çıxışlarında döyüş verdişlerini tekmilleşdirmekle bu müqeddes günün yaxınlaşması üçün inamla çalışır. Ordumuz qısa bir müddetde şehidlerimizin qisasını almağa tam hazırdır”.

 

 

Müdafie Nazirliyinin rehberliyi yüksekliklerdeki postların müdafie qurğuları, silah-sursat, döyüş texnikasının veziyyeti, esger yataqxanası, xidmeti otaqlar, sehra hamamı, saxlanclar ve diger obyektlere baxıb, herbi qulluqçularla birlikde nahar edib, onların istek ve arzularını dinleyibler.

 

Müdafie naziri şexsi heyeti bayram münasibetile tebrik ederek dağlıq erazilerdeki ön sengerlerde yerleşen herbi qulluqçulara bayram sovqatları teqdim edib, xidmetde ferqlenenleri qiymetli hediyyelerle mükafatlandırıb ve şexsi heyetle xatire şekli çekdirib.

 

Müdafie naziri erazinin relyefi, spesifikası nezere alınmaqla yüksek dağlıq şeraitinde xidmet keçen şexsi heyetin xüsusi hazırlığına diqqetin daha da artırılması, onların döyüş tapşırıqlarını istenilen anda deqiq ve vaxtında yerine yetirmelerine dair müxtelif meşq ve hazırlıqlarının davam etdirilmesi ile bağlı komandir heyetine müvafiq tapşırıqlar verib.

 

 


Oxunub 747 defe