Xəbərlər ::

DÜNYA :: Suruçdakı partlayış İstanbulda antihökumet aksiyasına sebeb oldu

21-07-2015 07:18

İstanbul polisi  Şanlıurfa vilayetinin Suruç rayonunda töredilmiş terror aktı neticesinde çoxsaylı insan telefatı ile bağlı hökumet eleyhine etiraz aksiyasını su şırnaqlarından ve gözyaşardıcı qazdan istifade edib. APA-nın “Hurriyet”e istinaden verdiyi xebere göre, Suruçda töredilmiş terror aktının eleyhine İstanbulda teşkil olunan aksiyada minlerle etirazçı qatılıb. Aksiyada Xalq Cümhuriyyet Partiyasının ve kürdyönümlü Xalq Demokratik Partiyasının nümayendeleri iştirak edib. Etirazçılar “İŞİD – qatil, AKP (hakim Edalet ve İnkişaf Partiyası) – onun himayedarı” kimi şüarlar seslendiribler.  Aksiyada çıxış edenler terror aktına göre mesuliyyeti AKP üzerine qoyaraq hökumeti istefaya getmeyi teleb edibler.

 

Polis evvel müdaxile etmese de, sonradan onun dağıdılması üçün  su şırnaqlarından ve gözyaşardıcı qazdan istifade edib.  

 

Melumata göre, bir etirazçı rezin gülleden xesaret alıb. Saxlanılanların sayı barede melumat yoxdur. 


Oxunub 352 defe