Xəbərlər ::

DÜNYA :: Kerri: Kuba ile elaqelerin normallaşması hele başa çatmayıb

21-07-2015 07:57

ABŞ ve Kuba arasında münasibetlerin berpa olunmasına baxmayaraq, elaqelerin normallaşması prosesi hele başa çatmayıb, ölkeler arasında ehemiyyetli fikir ayrılıqları qalmaqdadır. APA-nın  “TASS”a istinaden verdiyi xebere göre, bu barede Con Kerri kubalı hemkarı Bruno Rodriqes ile birge keçirdiyi metbuat konfransında bildirib.

 

“Şübhesiz,  ABŞ ve Kuba arasında münasibetlerin tam normallaşması prosesi davam etdirilecek,   bu proses uzunmüddetli ve mürekkeb ola biler. Bu yolda, çox ehtimal ki, çala-çuxurlar  ve meyusluq meqamları olacaq. Temkinli olmaq gerekdir. Lakin bunların hamısı bu seyaheti başlamaq üçün daha böyük zemin yaradır”, deye Kerri qeyd edib.   

 

Kerri hemkarını Vaşinqtonda sefirliyin açılması münasibeti ile tebrik edib ve avqustun 14-de ABŞ-ın Havanadakı sefirliyi üzerinde bayraq ucaltmaq meqsedi ile Kubaya etmek niyyetinde olduğunu tesdiqleyib.   

 

Kerri Rodriqes ile keçirilen görüşü yüksek qiymetlendirerek konstruktiv adlandırıb. Terefler ikiterefli elaqeleri ve bölgedeki aktual meseleleri müzakire edibler.  


Oxunub 219 defe