Xəbərlər ::

SİYASƏT :: Allahşükür Paşazade Tacikistan sefere gedib

21-07-2015 07:58

Qafqaz Müselmanları İdaresinin sedri Şeyxülislam Allahşükür Paşazade iyulun 21-de Tacikistan  paytaxtı Düşenbe şeherine sefere yola düşüb. Qafqaz Müselmanları İdaresinin  metbuat xidmetinden APA-ya verilen xebere göre, seferde meqsed 22-23 iyul tarixlerinde Düşenbede keçirilecek «İslam dini ekstremizm ve terrorizme qarşıdır» mövzusunda Beynelxalq Konfransda iştirak etmekdir.

 

Konfransda tanınmış dinşünas alimlerin, teoloqların, enenevi dini icma rehberlerinin iştirakı gözlenilir.

 

Tacikistan Prezidenti İmameli Rehmonun deveti ile Düşenbeye sefer eden QMİ sedri Şeyxülislam A.Paşazade Beynelxalq Konfransda meruze ile çıxış edecek.


Oxunub 423 defe